DEPUTATDAN RAMİZ MEHDİYEVƏ YENİ İTTİHAMLAR... – “Azərbaycan dövləti ilə işi olmasın!”

Fəzail Ağamalı: “Görək, yenə də AMEA-nı özünün qərargahına cevirəcək, yoxsa dayanacaq...”

“Bu, nə vaxtdan istiqlalçı olub? Nə vaxtdan dövlət müstəqilliyi uğrunda mübarizə aparanlardan biri olub?”

“Mən Ramiz Mehdiyevin həmin müraciəti oxudum. O, əslində xaricdə oturan bəzi jurnalistlərə –məncə, əsasən Sevinc Osmanqızını daha çox hədəfə alır, adını çəkmir, ancaq yaxşı olardı ki, ad da çəkilərdi – xitabən bunu ifadə edir. Eyni zamanda özünün ideyalara sadiqliyini bir daha önə çəkib. Bu, artıq üçüncü yazıdır ki, o, Heydər Əliyevə, cənab prezidentimizə, Azərbaycan dövlətçiliyinə sadiq olduğunu təkrarlayır”. 

“AzPolitika.info” xəbər verir ki, bunu müsavat.com-a müsahibəsində Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.

Deputat AMEA prezidentinin üç dəfə mətbuata çıxıb, hər dəfə sadiq olmasını vurğulamasına diqqət çəkir: “Adətən, sadiq adamlar bir dəfə deyər ki, mən sadiqəm və yaxud kənardakılar deyirlər ki, bu, sadiqdir. O halda heç təkzibə də ehtiyac olmaz, deyirlər görünən kəndə nə bələdçilik? Əgər bu, doğrudan da sadiqdirsə, onda bir dəfə dedi, kifayətdir, niyə 3 dəfə təkrarlayır? Bu, bir az istər-istəməz diqqətcil olan sizin kimi jurnalistlərdə müəyyən suallar doğurur. Mənə belə gəlir ki, gedən yazılar, ciddi tənqidi fikirlər nəsə onu düşünməyə vadar edib.

İndi baxaq, görək, yenə də AMEA-nı özünün qərargahına cevirəcək, yoxsa, dayanacaq...Sadəcə olaraq mən ona cansağlığı arzulayıram. 100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın! 

 Azərbaycan dövlətçiliyi üçün canımızı qoymuşuq, canını qoyanlardan da biri mənəm. Mənim taleyimdir Azərbaycanın azadlığı və müstəqilliyi, dövlətçiliyi. 19 yaşımdan bu yolla gəlirəm, min bir işgəncələrə, təqiblərə, təzyiqlərə məruz qalmışam. Heç açığını deyim ki, bu gün də o təzyiqlərdən kənarda deyiləm. Şəhid vermişik, qan tökmüşük. 20 Yanvar faciəsindən keçmişik, Xocalı soyqırımı kimi faciələri yaşamışıq. 20 fazi torpağımızı itirmişik müstəqilliyə görə. Bu gün də Azərbaycanın müstəqilliyinə qənim kəsilən qüvvələr var. Sadəcə olaraq hər kəs işiylə məşğul olsun, Azərbaycan dövlətilə, onun müstəqilliyi ilə kimsənin işi olmasın!"

Partiya sədri R. Mehdiyevin həmin müraciətdə “əqidə qumar daşı deyil ki, dəyişsin” cümləsinin üstündə dayanıb: “Siyasi əqidə məsələsi...Bu, nə vaxtdan istiqlalçı olub? Nə vaxtdan dövlət müstəqilliyi uğrunda mübarizə aparanlardan biri olub? Sadəcə olaraq rəhmətlik ulu öndərimizin, cənab prezidentimizin tapşırıqlarını yerinə yetirib, tapşırıqlarda da bilirik nə var, nə yox. Açığı, mən bu məsələlərə bir daha qayıtmaq istəmirəm. Çünki məni də aparıb xaricdəki jurnalistlərlə eyniləşdirər, yanaşı qoyarlar ki, baxın, mən bunu demişəm, bu da xarici jurnalistlərin yanındadır. 

Bu, bir “priyom”dur ki, bizi də çəksinlər ora, elə bir təəssürat yaratsın ki, buyurun, xaricdə oturan jurnalistlərlə daxildə Ramiz Mehdiyev haqqında deyilən fikirlərin və insanların arasında bir bağlılıq var. Bu, bir “priyom”dur, ona görə də üzərində çox dayanmaq istəmirəm. Sadəcə olaraq bir daha təkrar edirəm, heç kəsin Azərbaycanın müstəqilliyi, dövlətçiliyi ilə işi olmasın! Kim bu dövlətçiliyin əleyhinə gedəcəksə, birinci ölkə Prezidentinin iradəsinin qarşısında cavab verməli olacaq, birmənalı şəkildə.

Çünki 2003-cü ildən üzübəri, 17 il ərzində İlham Əliyev sübut etdi ki, Azərbaycan dövlətçiliyinə, milli istiqlalına son dərəcədə sədaqətlidir, Vətənə birmənalı şəkildə bağlıdır və heç bir çətinlik, təhdid, xoşagəlməz vəziyyət onu bu yoldan döndərən deyil. O, bunu dəfələrlə sübut edib. Birinci ölkə prezidentinin iradəsi var ortalıqda. İkinci də Azərbaycan xalqının iradəsi var. Baxın, Tovuz döyüşlərində gənclərimiz meydanlara çıxdı, bu gün siyasi əqidəsindən asılı olmayaraq, gənclərimiz Amerikada, Avropada, dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan dövlətinin və ordusunun yanındadır. Ermənistanın işğlaçı siyasətinə son qoymaq üçün bütün iradəsini ortaya qoyub, budur Azərbaycan xaqlı! Bunun qabağında ayrı-ayrı şəxslər nostalji hisslərlə yaşayanda neyləyəcəklər?"

Deputat onu sifarişlə danışmaqda ittiham edənlərə də sərt cavab verib: " Baxın, biz yazı yazırıq, fikirlərimizi ifadə edirik, Ramiz Mehdiyevin bəzi əlaltıları, iş, görəv verdiyi, imkanlar yaratdığı adamlar götürüb mətbuatda yazırlar ki, Fəzail Ağamalı sifarişlə yazı yazır. Nə sifariş? Sifarişlə işləyən sizsiniz ki, onun, bunun köləsi kimi tapşırıqlarla düzlənir, bəzi adamların qarşısında qul kimi baş əyirsiniz. Tam məsuliyyətlə deyirəm ki, əvvəllər yazdıqlarım da mənim öz düşüncələrimin məhsulu idi və qələmə almışdım. Ona görə də həmin adamları məni özlərilə dəyişik salmasınlar. Adını çəkmək istəmirəm. Çəksəm, böyük şərəfə minəcəklər. Vaxtilə öz şərəf və ləyaqətini qoruya bilməyənlər indi mətbuata çıxıb söz söyləyir. Belə şeylər var, bu, konyukturadır. Bu insanlar ya özləri fikirləşib, müəyyən nəticə çıxardıb cəmiyyətdən kənara durmalıdırlar, yaxud onlar tamamilə təcrid edilməlidirlər, ifşa olunmalıdırlar, ictimai rəydə onlar birmənalı şəkildə fikir burulğanından kənara çəkilməlidirlər. Ümumilikdə götürdükdə isə, mən hər hansı ciddi təhlükəni görmürəm. Dediyim kimi, ölkədə cənab Prezidentin iradəsi var. Onun yanında ideyalarımıza, dövlətçiliyimizə, Vətənimizə son dərəcədə sədaqətli olan Birinci vitse-prezident var. Prezidentimizlə xalqımızın möhkəm vəhdəti, birliyi var və bu birliyin qarşısında kimsə nəsə eləyə bilməz. Sadəcə olaraq edilənlər ürək bulandırmaqdan başqa bir şey deyil".

635x100

Şərhlər

Əhməd 2020-08-04 15:48:33

İndi özün qorxuya düşübsən ay Fəzail. Xoruzun quyruğu görsənir. Səni də öyrədən və maliyyələşdirən elə xaricdə yaşayan söyüş müxalifətini maliyyələşdirənlərdir.

Günay 2020-08-04 14:35:48

Hörmətli oxucular, siz fikir verin Fəzail başladı yenə yazmağa, sonra Maksim yazacaq, sonra Alqış və s. Fəzail deyir ki, sifarişlə yazmıram amma, analiz eliyəndə görsənir ki, bunları kimsə salıb oyuna,...

Gündüz 2020-08-04 14:25:24

Yuxarıda kimsə yazmışdı kı, F.Ağamalı deputat olmaq üçün R.Mehtiyevın otağının qarşısında saatlarla gözləyirdın. Yəqin o vaxtlar sən gedib ona digər şəxslər barədə məlumatlar ötürürdün. Nə elədin R.Mehtiyevin gözünə girə bilmədin. ...n R.Mehtiyev sənin hər hansı vəzifəyə gedib milyonlar qazanmağına imkan verməyib ona görə acıqlısan, yalandan yazırsan. Yenə də milyonçusan vaxt gələcək sənin də milyonlarını əlindən alacaqlar. ....

Rafail 2020-08-02 22:50:55

Görəsən Azərbaycanda yaşayan elə bir şəxs varmı ki, RAMİZ MEHDİYEV və ALLAHŞÜKÜR PAŞAZƏDƏ haqqında bir xoş söz eşitmiş olsun?

lala metin 2020-08-02 19:26:15

Dünyanın işinə bax bir vaxt Ramiz Mehdiyevin kabinetinin qarşısından keçməyə qorxanlar indi onu yıxıb sürümək ücün növbəyə durublarəyə qorxanlar bu gün

fakt 2020-08-02 17:41:48

Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinde, yuksek vezifede, kresloda oturan ve her bir saheden, butun vasitelerden istifade ederek, CIDDI QANUN POZUNTULARI ile, var - dovlet ve mulkler sahibine chevrilen Ramiz Mehdiyev, SSRI DAQILANDAN SONRA, hiylegerlikle, "eqidesini" DERHAL DEYISHDI ve YAP - a kecherek, MILYARDER ve ZENGIN SERVET SAHIBI OLDU, chirkin "fealiyyeti" hesabina. ..... Azerbaycan hakimiyyetinde butun yuksek vezifelere, oz adamlarini yerleshdirib Ramiz Mehdiyev ve muntezem olaraq, Kremlin TELIMATLARINI ICRA EDIR....., bu adam Azerbaycana qarshi , chox boyuk tehluke menbeyidir....., bu sebebden, DERHAL, bu adami ZERERSIZLESHDIRMEK LAZIMDIR.

Rustam 2020-08-02 12:13:15

Naxcıvanda institutda ders deyəndə usaqları incidib, .... alırdın gore seni hele tutmusdular...

Aqil 2020-08-02 08:52:31

Eldar Mahmudov sadə vətəndaşları,büdcəni yağmalayanlardan olmayıb.Onun əsas hədəfi bizim millətdən olmayanlara qənim kəsilmişdir.O ki,qaldı onun mal-mülkü haqqında yazılanlara təbii ki,gəlmə yadellilərdən alınan qənimətlərdir.Onun vəzifəsindən yırtıcılara uzaqlaşmasından sa

İ.Mustafaoğlu 2020-08-01 23:02:09

F'əzail özü üçün yaşayan adamdır.....? soruşmaq lazımdır ki, seçicilərin neçə faiz səsini qazana bilib ?

Əliəddin 2020-08-01 22:19:43

Bu adamın iyrənc sayıqlamalarından hər kəs yorulub. Ondan soruşmaq lazım ki, illərdir işğal etdiyi deputat kürsüsünü heç olmazsa 10 səs toplamaqla əldə edibmi? Onun bu sayıqlamaları Ramiz Mehdiyevə, deyil qarşısında 1-2 qara quruşa döndüyü ölkə başçısına qarşıdır. Yeni Müsavatın və Sizin belə köntöylərə meydan verməniz dövlətçiliyə AYI XİDMƏTİNDƏN başqa bir şey deyil. Dərc etməyəcəyinizi bilsəm də bunları yazmağı özümə vicdan borcu bildim. kürsünü

Əliəddin 2020-08-01 22:19:43

Bu adamın iyrənc sayıqlamalarından hər kəs yorulub. Ondan soruşmaq lazım ki, illərdir işğal etdiyi deputat kürsüsünü heç olmazsa 10 səs toplamaqla əldə edibmi? Onun bu sayıqlamaları Ramiz Mehdiyevə, deyil qarşısında 1-2 qara quruşa döndüyü ölkə başçısına qarşıdır. Yeni Müsavatın və Sizin belə köntöylərə meydan verməniz dövlətçiliyə AYI XİDMƏTİNDƏN başqa bir şey deyil. Dərc etməyəcəyinizi bilsəm də bunları yazmağı özümə vicdan borcu bildim. kürsünü

Fəxrəddin 2020-08-01 14:10:53

Vəzifəyə bax AMEA-nın prezidenti

Mərd 2020-08-01 11:59:10

Çox hörmətli deputata ünvanlanan nədənsə bir dənədə xoş söz yazılmayıb, bu yani oxucuların ona olan real qiymət deyil mi? Ekə danışır güya yalnız o hər şeyin şahidi olub, biz isə digər planetdən gəlmişik. Sizin obrazınız mınə .... o ki deyir A mı poydem na sever..

milli 2020-08-01 11:49:41

Kişidə abır həya yaxşı şeydir, Fəzail bəy. Olmayanda isə... Əqidə sata sata madat, obyektlər, evlər, cahi-cəlal sahibi olmusan. 6-7 ay bundan əvvəl Mehdiyevə qarşı bu ittihamları irəli sürsəydin deyərdik ki kişisən!

Anar 2020-08-01 11:42:42

Bu ölkədə dövlətdən, dövlətçilikdə, milli dəyərlərdən danışmaq haqqı olan ən axırıncı adam sənsən

Alik 2020-08-01 11:24:01

Belə əqidəli adamsansa niyə R.Mehdiyev vəzifədə olanda susurdun.Özü də o hansi işlərdən məşgul idi sən bizdən yaxşi bilirdin .Sənin xislətin budur.

Mehman 2020-08-01 10:14:42

Hörmətli əqidə sahibii olan deputat Fəzail bəy. Axı, bir vaxtlar sənə də bəy deyə müraciət edirdik. Unutma!!! Biqqqqqz unutmamışıq. AXC hakimiyyəti zamanı vəzifədə olan vaxt qazandıqlarını. Kiuşisənsə, Ramiz Mehdiyev PA rəhbəri olan zaman bu yazılarını verəydin.

Mehman 2020-08-01 10:09:38

Fəzail, heç olmasa sən əqidədən danışma. Sən əqidənin nə olduğunu bilirsən? Neçə dəfə əqidəni dəyişmisən? Millət kor deyil. Bizi ələ salma! Əqidəliyə bir bax! Sənin kimilərə görə əqidə deputat mandatı, firavan yaşamaqdır.

Aborigen 2020-08-01 09:41:45

" Azərbaycan dövlətçiliyi üçün canımızı qoymuşuq, canını qoyanlardan da biri mənəm." Hörmətli deputatımız o vaxt Naxçıvandan Gəncəyə mühacirət etməsəydi doğrudadan da belə olardı.

Doktor 2020-08-01 09:32:37

Fəzail 19 yaşında məhkəmədə Elçibəyn...

Nazim 2020-08-01 09:22:19

Fəzail Agamalı Azərbaycanda hır bir kəs sənin kim oldugunu bilir, özünü reklam eləməyn faydası yoxdur

Haqqın tərəfdarı 2020-08-01 08:49:21

Bir vaxt heç bir yüksək səlahiyyətin olmayanda Ramiz Mehdiyevlə canbir şəkil çədirirdin, indi nə vaxt saytı vərəqləyirəm onun kölgəsini qılınclayırsan. Ramiz sənbdən yaxşı deyil, lakin kişinin bir üzü olar.

Vətəndaş 2020-08-01 08:37:42

FƏZAİL get bu sözləri toyuqlara danış bəlkə gündə 2 dəfə yumurtaladılarSənin nə adam olduğunu hamı bilir ....

Moshu 2020-08-01 07:14:42

Hörmətli “Azpolitika”, sözün həqiqi mənasında Sizin sayt Azərbaycanın internet məkanında böyük nüfuz qazanıb və bunların hamısı Sizin komandanın zəhmətinin nəticəsidir. Lakin, hərdən-bir elə yazılar işıq üzü görür ki, mən Sizin əvəzinizə utanıram, xəcalət çəkirəm. Elə götürək bu yazını. Hörmətli deputat od püskürür. Seçkilər vaxtı Ramiz Mehdiyevin qəbulunda durmaqları nə tez yaddan çıxdı? Yaxşı-pis, tək Gülər Əhmədova Ramiz Mehdiyev Administrasiyanın rəhbəri olanda bütün ölkəyə bəyan etdi ki, bu cinayət əməlləri olub. Çox qəribədir, kimsə vəzifə başında olanda ona o qədər tərif deyirlər ki, bu adam da bu qədər tərifi qəbul edə bilmir və başlayır çərçivədən kənara çıxmağa. Çox anormal bir vəziyyət yaranıb, hamı çalışır gündəmdə qalsın, yazmaq xatirinə nəsə yazsın. Məs., hörmətli deputat qeyd edir ki, “Tam məsuliyyətlə deyirəm ki, əvvəllər yazdıqlarım da mənim öz düşüncələrimin məhsulu idi və qələmə almışdım. Ona görə də həmin adamları məni özlərilə dəyişik salmasınlar. Adını çəkmək istəmirəm.” Ay balam niyə çəkmək istəmirsən, onda bu yazının çəkisi nə oldu? Eldar Namazovun “Yeni Musavat”da yer aldığı “Qurduğu oyunlar bumeranq kimi özünə qayıdır” yazısında çox böyük ustalıqla qeyd edir: “Onun Prezident Administrasiyasının rəhbəri kimi atdığı addımlar nəticəsində yüzlərlə təşkilata müxtəlif təzyiqlər edilir, xeyli adam həbs olunur, nə qədər insan xaricə getməyə məcbur qalırdı. Yəni o vaxtlar bu ideologiyanı gizlətməyən Ramiz Mehdiyev düşünmürdü ki, nə vaxtsa elə bir gün gələcək, onun bu ideologiyası bumeranq kimi özünə qayıdacaq.”. Bu həqiqətən də belədir. Hələ Siz imkan yaratsanız görün nə qədər məmur, deputat və s. növbəyə dayanacaqlar. Sözün açığı, hərdən fikirləşirəm bu yaltaqlıq, məddahlıq, üç üzlük və s. xüsusiyyətlər bizə hardandır? Axı reallıqda biz o qədər də pis millət deyilik. Allah bizi qorusun, pənahında saxlasın, bu və buna oxşar yazılara isə son qoymağın zamanı çatıb. Ola bilsin bu şərhdən sonya məni də qınayanlar olacaq. Bəli, əvvəllər mənim də belə yazı yazmağa cürətim çatmazdı, çünki yüksək dövlət postunu ona layiq olmayana həvalə edəndə belə insan yüksək təhlükə mənbəyinə çevrilir. Məni qınasalar da qınamasalar da bir daha təkrar edirəm, bəli, Ramiz Mehdiyev kimi bir “akademik”in Milli Elmlər Akademiyasına rəhbər olması Azərbaycan elminə, Akademiklər üçün qəbuledilməzdir.... Bu insan öz sədaqətini istefası ilə sübut edə bilər, əks halda buna rus dilində «крокодильи слезы» deyərlər. Hörmətli “Azpolitika” sonuncu məsələ doğum şəhadətnaməsi məsələsidir.

Adam 2020-08-01 06:31:38

Adan ôzû neye ve kime qulluq edir ????? Bu nece ilde hele anlamamisham

Eli 2020-08-01 01:40:25

Maraqlı işler var:Sovetin vaxtında Siyadi büronun üzvlerini ele teqdim edirdiler ki xalq az qala onlars müqeddeslerkimi baxırdi.Qorbaçovun yenidenqurmasındsn sonra aydın oldu ki bunların çoxu heç neye yaramaysn savaddız ve qabiliyyetsizletdir İndi de bizde addm teccüb edir tenqid edene be tenqid olunana baxırsan heç ne başa düşmürdrn bize kimler rdhberlik efib Niye o böyüklüde memur ordusu bu meselelere son qoymur Gülmelidir vaallah

Omer 2020-08-01 00:39:00

Hormetli duputatin yazisindan bele cixirki xaricdeki jurnalistler duzunu yazir? Eledir Fezail muellim?

Eli 2020-08-01 00:31:03

Desin görek Süret baş nazir bu isə nazir olanda buna qarşı niye hörmetsiz hereketlere yol vermişdi ...

Eli 2020-08-01 00:19:52

Deputat desin görek bu naxif

Eli 2020-07-31 23:24:51

Bu adam dövletin adından vekil kimi danışır,geresen bu adzm başa düşür ki bunu. bu çıxışları mehz dövlete ve dövletçiliye hörmetsizlikdir

Eli 2020-07-31 23:14:53

Bir de deputat desin görek o nazir olandza Suret Hüseynov neye görd .....Bir de rehmetlik Elçibey onu hemişe nede ve niye ittiham edirdi.Dese ondz o çox semimi ve Vetenini seven biridir.

Eli 2020-07-31 23:04:45

Hörmetli deputat heqiqetdn semimidirse csvsn verdin görek bu inszn o dedklerine layiqdirse ondz çox hermetli Prezidentimiz niye onz dövletin rn yüksek mükafatını verib vr en hörmetli ve meduliyyetli vezifeye tehin edibAxu bı deputat çoc mendiqsizve qeyri ciddi adamdir

Kamil 2020-07-31 22:37:46

Hamısı eyni əqidəli adamlardırlar. ...

Cəfər 2020-07-31 22:30:24

Deyirdin fırladırdin müxalifətin üstünə ki aranı qarışdırırlar. İndi bir daha bil ki bu Fəzail Ağamalı idi və yenə də sözünün dalında kişi kimi durub. Qaldı da ki ged otur evinə milyardlıq əmlakın pulun kapitalın var kef elə.

Son yazılar