“20 MİN MANAT ALMIŞAM...” - Deputat gəlirlərini və xərclərini açıqladı

Qurban bayramı münasibəti ilə deputatlara 549 manat bayrampulu verilməsi sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Əksər statuslarda işsizlərə iyul ayında verilməyən 190 manat birdəfəlik yardımla yüksək əməkhaqqı alan deputatlara bayram xərcliyi verilməsi müqayisə edilib.

Deputat Erkin Qədirli isə tənqdilərə cavab olaraq deputat olduğu fevral-iyul aylarının maliyyə hesabatını açıqlayıb. “Azpolitika.info” deputatın qeydlərini oxuculara təqdim edir:

“Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır. Maaşdan başqa gəlirim yoxdur.

Xərclərim:

1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);
2) 2,400 (anamın evində təmir işləri);
3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 ildi sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);
4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);
5) başqa xərclər (kommunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Bu statusun yazıldığı anda maaş kartımda 9,860 manat 59 qəpik var.

Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar”.

“Azpolitika.info”

635x100

Şərhlər

Hafiz 2020-08-04 14:43:07

Sizi "başa düşürəm" ailənin ərzağı + komunal xərclər aya təxminən 220 AZN(çox yazıqlar).

Namiq 2020-08-01 22:53:32

Hörmətli millət vəkil Erkim bəy. Yaxşı olardı ki, biz sıravì insanlar da, aylıq 1000 azn alsaydıq. Onda sizin aldığını maaşınıla müzakirə edərdik. Biz aldığımız o, qepik quruşa, maşınsız və sair. Lakin ətrafımızda olan imkansız insanlara yardım etmək lə bərabər necə dolanırıq. Mən sizə deyim. Sizdən yaxşı, lazım gəlse sizlerə yards əlimizi uzada bilərik.

Namiq 2020-08-01 22:49:49

Hörmətli millət vəkil Erkim bəy. Yaxşı olardı ki, biz sıravì insanlar da, aylıq 1000 azn alsaydıq. Onda sizin aldığını maaşınıla müzakirə edərdik. Biz aldığımız o, qepik quruşa, maşınsız və sair. Lakin ətrafımızda olan imkansız insanlara yardım etmək lə bərabər necə dolanırıq. Mən sizə deyim. Sizdən yaxşı, lazım gəlse sizlerə yards əlimizi uzada bilərik.

Azər 2020-08-01 12:58:04

Bu da danışdı... 8.900 xəcləyib- ərzaq xərcləri bura aid deyil, hal-hazırda. 9.860 manat hesab qalığı var. Cəmi də 20.000 ə/ h olub.... Belə çıxır ki, 4 aya 500 manat ərzaq xərci olub. Heç AzTv ( və ya real şou) də belə ymalan danışmaz, utanar...

Adil 2020-08-01 06:26:48

Bes o biri deputatlar niye demirler qelirlerni ?Ayibdiyeee !!!!Millet onsuzda bilir kimin neyi var ... Harami halali secir milletimiz!

Gulsən 2020-08-01 00:37:59

Utanmırlar o qədər maaş alırlar hələ bir 549 manat yardım da alıblar

Rəhman 2020-08-01 00:30:37

Pul çıxartmağın metodunu öyrənib sən də həmkarların kimi birdən sürətlə pullanacaqsan

Son yazılar