ABŞ-da “TikTok” qadağan edilir

“O ki qaldı “TikTok”a, biz onu ABŞ-da qadağan edəcəyik”.

“Report” “The Hill” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Dövlət başçısının sözlərinə görə, o, fövqəladə iqtisadi səlahiyyətlərdən istifadə edə və ya şənbə günü tətbiqin ABŞ-da rəsmi qadağası üçün fərman imzalaya bilər.

Nəşrin məlumatına görə, həmçinin ABŞ prezidenti tətbiqin yerli şirkət tərəfindən satın alına biləcəyi varinatını da dəstəkləmədiyinə işarə edib.

Qeyd edək ki, 2018-ci ildə Çinin “ByteDance” şirkətinin qurduğu “TikTok” proqramı qısametrajlı videoçarxların yaradılması və paylaşılması servisidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar