ABŞ hərçilərini Almaniyadan çıxarmağa başladığını elan edib

Pentaqonun başçısı Mark Esper Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçilərinin Avropadan miqyaslı rotasya qaydasında çıxarılmağa başladığını və onların bir hissəsinin vətənə qaytarılacağını elan edib.

Beləliklə, ABŞ-ın Almaniyadakı 36 minlik kontingenti təxminən 24 min nəfərədək azalacaq və bu zaman onların 6,4 mini vətənə qayıdacaq.

«Avropa komandanlığının cari planı təxminən 11,9 min hərbçinin Almaniyadan çıxarılıb, yerinin dəyişdirilməsindən ibarətdir» - deyə, Esper bəyan edib.

Qeyd olunur ki, 5600 nəfərə yaxın hərbçi digər NATO ölkələrində yerləşdirilib, o cümlədən, Rusiyanı dayandırmaq və müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün Belçika və İtaliyada.

ABŞ həm də Polşaya və Baltik ölkələrinə əlavə qüvvə yeritmək imkanlarına baxır. Bölmələrin bir sırası rotasiya əsasında «şərqdə və Qara dəniz rayonunda» qalmaqda davam edəcək.

Bundan başqa, Avropa komandanlığının qərargahı Almaniyanın Ştutqart şəhərindən Belçikaya (Belçikanın Monse şəhərində NATO-nun qərargahı yerləşir, ABŞ-ın Avropa qüvvələrinin komandanı eyni vaxtda NATO Baş komandanı postunu tutur) köçürüləcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar