"Serbiya Ermənistana silah ixracına 2017-ci ildən icazə verir" - Serb nazir

2017-ci ildən bəri Serbiya Vectura trans, Partizan tech və Zastava oružje firmalarına Ermənistana silah ixracı üçün 19 icazə verib.

Virtualaz.org Regnum-a istinadən xəbər verir ki, bunu iyulun 30-da Serbiya Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Layiç ölkə parlamentinin deputatı Marinka Tepiçin Serbiya silahlarının Ermənistana ixracı ilə bağlı suallarını yazılı şəkildə cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, bunun üçün rəsmi və hüquqi məhdudiyyətlər yoxdur, çünki Ermənistan heç bir çoxtərəfli sanksiyalara məruz qalmır.

"Lakin razıyam ki, gələcəkdə bu məsələyə daha diqqətlə yanaşmalıyıq ki, əla siyasi və iqtisadi əlaqələr saxladığımız bir dövlətlə dostluq münasibətləri pozulmasın",- deyə N1 televiziya kanalı Leyiçin cavabından sitat gətirib.

Xatırladaq ki, bir müddət əvvəl virtualaz.org və haqqin.az saytları olaraq biz Tovuz istiqamətində hücumdan bir neçə gün əvvəl və döyüş əməliyyatlarının intensivləşdiyi bir dövrdə Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana müxtəlif çaplı minaatan silah-sursatların gətirilməsinə dair silsilə məqalələr dərc etmişdik. Həmin yazılarda vurğulamışdıq ki, Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistana silah göndərilməsi Azərbaycan-Serbiya strateji tərəfdaşlığının ruhuna ziddir.

635x100

Şərhlər

Xalq 2020-08-01 15:44:29

malades bu da "sadiq dost", belə dostdansa dostsuz olmaq yaxşıdır.

Davud 2020-08-01 14:35:21

Deməli .bizim səfir Serbiyada iki ildir işlə məşğul olmayıb.Bu səfirin iş bilməzliyini sübut etmirmi?

Qarabağ İcmasına 2020-08-01 12:56:04

Problem 2017dən Serbdə deyil, BMT ilə 1994 qələbəmizdəndir ki, 26 ildə nə işğalçıya, nə onu silahlandıranlara qarşı heç bir iddia qaldırmamışıq?

Son yazılar