KARANTİN REJİMİ: DAVAM, YOXSA TAMAM? – Ekspertlər fərqli düşünürlər

3 gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanların gündəlik sayı, bu virusa gündəlik yoluxanları üstələməkdədir.

Belə olan halda, sərt karantin rejimin davam etdirilməsinə ehtiyac varmı? Rayonlara gediş-gəliş qadağası aradan qaldırıla bilərmi? Yumşalmalar əvvəl olduğu kimi yenidən yoluxmaların artımasına səbəb ola bilməzmi?

“Avqustun sonuna yəqin ki,...

Doktor Zülfüqar Yusifov “Turan” informasiya agentliyinə deyib ki, yoluxma və sağalma ilə gündəlik elan edilən rəqəmlər təsadüf yox, tendensiyadır: “Hər halın bir yoxuşu olduğu kimi enişi də var, görünür indi pandmeiya eniş mərhələsinə başlayıb. Avqustun sonuna yəqin ki, daha aşağı nöqtələrinə gəlinəcək”.

Sərt karantin rejimi və digər yasaqların aradan qaldırılmasına gəlincə, Z. Yusifov bunu mümkün sayır və hesab edir ki, bunlar hər bir halda lazımdır: “Bu yumşalmalar pandmeiyadan kənar sağlamlığa neqativ təsir göstərən faktorları aradan qaldırmaq üçün lazmdır. İnsanlar yay fəslinin immunitetin güclənməsi üçün verdiyi təsirlərindən istifadə edə bilməlidirlər”.

Doktor hesab edir ki, bütün hallarda maska taxılmalı, sosial məsafə gözlənməli və gigiyena tələblərinəəməl olunmalıdır. Z. Yusifovun fikrincə, yumşalmalara gedilməsə və insanlar evə qapnaıb qalsalar, dövlət onlara sosial dəstək verməlidir: “Amma tək ödəmələrlə iş bitmir, uzun müddətli evdə qalmaq insnaların psioloji vəziyyətinə mənfi təsir göstərir, əsas bunu aradan qaldırmaq lazımdır”.

“Tələsmək olmaz

Ölkənin baş infeksionisti Cəlal İsayev isə hələ tələsməməyi məsləhət görüb:“Gündəlik yoluxma sayı son günlərdə 300-ə enib. Qarşıda hələ prosesləri izləmək üçün bir neçə gün var. Bu qalan müddət də, bu tendensiya davam edərsə, hesab edirəm ki, müəyyən yumşaldılmalara gediləcək. Amma bu yumşaldılmaların mahiyyəti nə olacaqsa, o barədə qərarı Operativ Qərargah verəcək. Amma buna qədər, yəqin ki, rayonlarda olan situasiyalar da öyrəniləcək. Bundan sonra bu barədə qərar veriləcək”. 

O, hesab edir ki, bu məsələdə tələsmək olmaz:“ Çünki bir dəfə may ayında tələskənlik oldu, odur ki, belə səhvə bir daha yol vermək olmaz”.

Doktor Vasif İsmayıl isə mövzu ilə bağlı “Azadlıq” radiosuna deyib ki, bu rəqəmlər müəyyən yumşalmalara yol aça bilər. Onun dediyinə görə, yumşalmalara gedilməsi, o cümlədən rayonlara gediş-gəlişin açılması və başqa tədbirlər barədə bir qrup həkimin təkliflər paketi də mediada açıqlanıb: “Həmin təkliflər paketində rayonlara gediş-gəlişin açılması da əksini tapırdı. Eyni zamanda, insanlara karantin davranışlarına əməl olunması izah edilməlidir. Çünki bu virusun hələ nə qədər davam edəcəyi bəlli deyil. Odur ki, bu virusla yanaşı yaşamağı öyrənməliyik”.

635x100

Şərhlər

Amin 2020-08-02 10:44:49

Ictimai iaşə obyektləri və kütləvi istirahət mərkəzləri bağlı qalmaq şərtilə təcili ölkə ərazisində sərbəst hərəkət təcili bərpa olunmalıdır. Postlarda neqativ hallar, baş alıb gedir.

Amon 2020-08-01 23:07:26

Metro iri ticaret ve eylence merkezleri acilmasin yeter.birde aciq havada maska taxmagin cerimesini legv etseler yaxsi olar..3 saat hava al ancaq maskaynan bu nece ola biler axi

Millət 2020-08-01 22:02:12

Təxminən 10 il qabaq nazirlərdən biri özünə İnperator sarayı tikirmiş. Bütün avadanlıqlar xaricdən gəlirmiş,ustalar da oradan məsələn Almaniyadan gəlib quraşdırıb gedirmişlər. 2 hektar olub 3 ya 5 bilmirəm bütün ərazi 1 metr dərinliyində qazılıb,daşınıb, yerinə meşələrdən torpaq gətirilib. Orada ancaq tək avtomatik suvarma sistemi, yaşıllıq yaradan müəssəyə deyilənlərə görə 1 milyon verilib. İndi görün orada nə tikilibdir? O kimi imişsə onun Azərbaycanın burada xaricdə necə milyardlıq var dövləti var. Hamısında elədir. Ya ondan aşağı ya da ondan yuxarı. Elə villalarda oturub kasıb təbəqəni talehini həll edən, sağlamlığına qəsd etmək qərarları verməyi nə adlandırmaq olar? Hansı ədalətdən,insanlıqdan danışmaq olar. Heç olmasa qızmar günlərdə kasıbların kəndinə rayonuna getməyə,ən əsas da dənizdə hava qəbul etməyə, çimməyə qum üstündə gəzmə, bir sözlə insan kimi ölməyə imkan verin. Allahda qorxun heç olmasa. 

t.ədalət 2020-08-01 20:43:54

Xalqın hissi ilə oynamaq olmaz.Bu nədir?Biri deyir karantin bitməlidir,digəri deyir yox.Nə qədər nadancasına izahdır.Çıxış eliyənlərin heç biri virusoloq deyil.Siyasi şərhlər verirlər.Xalqı nə vaxtadək belə fırladacaqlar?Gah,Şahmar Mövsümovun siyasi şərhlərinə,gah da mövqeyi bilinməyən C.İsayevin hədyanlarını eşitməkdən bezikdik.Amma adamları sıxa-sıxa getməyin də bir bvədəli ola bilər.

Vətəndaş 2020-08-01 20:40:32

Bir ağıllı,təcrübəli mütəxəssis varmı ki,belə qarantinin insanlara zərər və müsbət nəticə verəcəyini analiz etsin.Nə üçün rayonlara yollar bağlıdır.Amma bəziləri sərbəst gedib-gəlir.Məsələn ÜST-nı xanımı.Amma insanlara yanlış möizə oxuyurlar.Sağlam insan niyə yerini dəyişə bilməsin.Həbsxana həyatına bənzər həyat yaşamalıdır?Ü

Oxucu. 2020-08-01 19:47:13

Yenə də əvvəlki kimi açın molları kafeləri çayxanaları hamı qarışsın bir birinə. Bitdi bəyəm bu virus? Artıq iki gündü baxıram maskadan da istifadə edən azalıb. Metronu və obyektləri açmaq olmaz. Avtobusların sayını artırmaq lazımdı. Rayonlara isə insanları yoxlayıb buraxmaq olar.

Son yazılar