İraqın şimalında PKK terrorçuları zərərsizləşdirilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində İraqın şimalında PKK-nın altı terrorçusu zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

"Türkiyənin Hərbi Hava Qüvvələri və MİT-in birgə əməliyyatının gedişatında İraqın şimalında, Qara ərazisində PKK-nın altı terrorçusu zərərsizləşdirilib. Terrorçular Türkiyənin Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində zərərsizləşdirilib", - xəbərdə bildirilir.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan qeyd edib ki, PKK 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə bir sıra cinayətlər törədib. Bu təşkilat tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakini öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar