Pandemiya hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaradır
Baxiş sayı:
Dərc olunub:
01/08/2020 - 23:03
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.
"Report" xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda bildirilir.
Vurğulanır ki, komitə "beynəlxalq narahatlığa səbəb olan pandemiyanın hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratması ilə yekdilliklə razılaşıb". Komitə rejimin uzadılması haqqında tövsiyəsini baş direktor Tedros Adanom Qebreyesusa təqdim edib və ÜST rəhbəri təkliflə razılaşıb.
Bununla əlaqədar olaraq "komitə baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq", - xəbərdə deyilir.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Karantin vəziyyətindən sui istifadə edən H.Harmançını biz Qusarda kefdə-damaqda gördük Əlbəttə,Harmançı istəyəcək ki,karantin uzansın.Bəlkə daş-başı da olur.