Hindistan Himalayda status-kvonu dəyişir - Çin sərhədinə qoşun yeridir

Hindistan Çinlə sərhədə - necə deyərlər, Qalvan dərəsində uzunluğu 3500 kilometr olan faktiki nəzarət xətti boyunca yerləşmək üçün 35 min əsgər və zabitdən ibarət əlavə ordu göndərir. 

Yüksək çinli Hindistan məmurlarının sözlərinə görə, bu addım sərhəd rayonlarında status-kvonu dəyişəcək, amma eyni vaxtda onsuz da ölkənin məhdud hərbi büdcəsinə ağır yük ola bilər. Ölkə hazırda koronavirus pandemiyasının nəticələrini aşmağa cəhd göstərir. Bu barədə iyulun 30-da «Times of İndia» qəzeti yazır.

«Faktiki nəzarət xəttinin xarakteri, ən azı Hindistanın Ladakx əyalətində həmişəlik dəyişib» - deyə, nəşrlə söhbətdə Dehlinin «Hindistanın birləşmiş xidmət birliyi» nəşriyyat mərkəzinin direktoru, istefada olan general-mayor B.K.Şarma bildirib.

Onun sözlərinə görə, sərhədə ordu yeridən Hindistan və Çin ən yüksək siyasi səviyyədə yaxınlaşma olmadan, geri çəkiləsi deyillər.

Bu arada, mübahisəli yüksək dağlıq Himalay bölgəsində hər iki tərəfin öz qüvvələrinin konsentrasiyasını artırmasına baxmayaraq, müşahidəçilər may və iyun aylarında baş vermiş böyük toqquşmalardan sonra, gərginliyin əhəmiyyətli dərəcədə sonməsini qeydə alırlar.

«Hazrda Çin və Hindistan komandirlər səviyyəsində yerlərdə həll olunmamış qalan məsələlərin həlli üçün danışıqların 5-ci raunduna fəal şəkildə hazırlaşırlar. Biz, ümid edirik ki, Hindistan tərəf də Çinlə eyni məqsədə nail olmağa - dialoqun aparılması və sərhəd boyunca sülh və sabitliyin birgə qorunub saxlanmasına can atacaq» - deyə, Çin Xalq Respublikası (ÇXR) Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin iyulun 28-də bəyan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar