"Təxribat törədən ermənilərin yeri müəyyən edilib" - Azərbaycanın Kanadadakı səfirliyi

Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər.

APA bildirir ki, bu barədə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müəyyən dərəcəli xəsarətlər alıblar. Soydaşlarımızın vəziyyəti hazırda sabitdir, bir soydaşımız xəstəxanadadır.

Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətçə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.

Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal Səfirliyi məlumatlandırıblar.

Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək.

635x100

Şərhlər

Eli 2020-08-03 00:05:04

Ve bizim babalar demişken ermeni qan görmese dayanmaz.Allah qoysa şehidlerimizin intiqamin alanda onlar o Qanu görecekler özüde murdar ermeni qanı

Eli 2020-08-02 23:42:25

O şerefsizleri dünya müdafie eyleyir.Bütün xünyadx bunlara qarşı mibarize aparılmaludır.Hele öç xristiankaf çoxluq teşkil etdiyinddn bunlar qudurub hemişe olduğu kimi bir de bunlar o qsder qorxaa ve nakişdifler ki 10–5 nefer olmasa bit iki neferd hucum etmezler bşr de bu namussuskar qan görmese dayanmazlar isteyirsen bunun anasını ......

Xalq 2020-08-02 22:57:12

karapetlə döyüş mək istəsəniz gedin könüllü orduya yazılın. Xaricdə erməniyə niyə özünüzü döydürürsünüz? Qarabağ Kanadada deyil.

Son yazılar