Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1989-cu il təvəllüdlü Baloğlanov Zaur Faiq oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar