“Crew Dragon” kosmik gəmisi Yerə enib - VİDEO
Baxiş sayı:
Dərc olunub:
02/08/2020 - 23:54
ABŞ-ın yeni idarə olunan “Crew Dragon” kosmik gəmisi Atlantik okeanının Florida ştatına düşən sahillərinə eniş edib.
“Report” NASA-ya istinadla xəbər verir ki, kosmik gəmi yerli vaxtla saat 14: 48-də (Bakı vaxtı ilə 22:48) suya toxunub.
Bu, Amerikanın 1975-ci ildən bəri ilk dəfə idarə olunan kosmik gəmisinin suya enməsidir.
Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi 2011-ci ildən ABŞ ərazisindən havaya qalxan Amerikanın ilk idarə olunan kosmik gəmisidir. Kosmik gəminin göyərtəsində NASA-nın iki astronavtı - Daqlas Harli və Robert Benken olub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.