Moskvada pandemiya qurbanlarının sayı 4,5 min nəfərə çatır

Rusiyanın paytaxtı Moskvada son sutkada pnevmoniya diaqnozunun təsdiqləndiyi və koronavirus testinin müsbət nəticə verdiyi 13 pasiyent ölüb.

“Report” xəbər verir ki, bu barədə koronavirusa qarşı mübarizə məqsədilə yaradılmış operativ qərargah məlumat yayıb.

Məlumata görə, bununla da paytaxtda COVID-19 qurbanlarının sayı 4 498 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar