Gürcüstanda daha 2 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent isə sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 179, sağalanların sayı isə 959-a çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib. Aktiv koronavirus xəstələrinin sayı isə 203 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə 6 919 nəfər karantində, 251 nəfər isə stasionar nəzarətdə saxlanılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar