SABİQ NAZİRİN KÜRƏKƏNİ 3,3 MİLYONA BİNA ALDI - İngiltərənin Nottinqem şəhərində +FOTO

Keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottinqem şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq (3,3 milyon manat) dəyərində binanı satın alıb.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Qeyd olunur ki, Nottinqem şəhərinin NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında “NovaLoca” əmlak agentliyi vasitəsilə satışa təqdim edilib.

Binanın ümumi sahəsi 1791 kvadrat metrdir. Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min fint sterlinq təşkil edir.

İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus “NOAP PROPERTIES LIMITED” şirkəti Dartforddakı “The Bridging Group Limited” maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb. “NOAP PROPERTIES LIMITED” 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib.

Əbdül Əliyevin atası Namiq Əliyev Vergilər naziri Fazil Məmmədovun müavini olub.

Yəni, qudalar dövlətin 10 milyonlarını, 100 milyonlarını talan ediblər, indi də övladları xaricdə xərcləyir. Bunlardan bu talanın hesabını soruşan olacaqmı?




635x100

Şərhlər

Şahin 2020-08-14 09:25:12

Bu alkaş Eldar mahmudov kimi vergini quldurxanaya döndərmişdir. Audit ölkəni çapıb talayırdı. Əsl quldurlar idilər.

Aborigen 2020-08-04 14:29:02

Mən bir şeyi qana bilmirəm. Necə olur ki, gənclərin əksəriyyətti üçün ən ucuz bir ev, mənzil əldə etmək həll olunmaz bir problemə çevrildiyi halda bu saray sahibləri küllü miqdarda var- dövləti necə əldə edir? Xahiş edirəm məni başa salasınız.

t.ədalət 2020-08-04 08:15:15

....Allah bəlalarını versin!

rasim quliyev 2020-08-03 22:48:30

Onsuzda nese yazmaq yersizdir .Bedelini artiq odemeye bashlayib.Sebr edek sonuna baxin hamsinin

ayrım 2020-08-03 22:11:21

Fazilin dəstəsi bütün sahibkarların anasını ağladıb maraqlıdır bir nəfər də durub onlara verdikləri pulları geri tələb etmir auditin rəisi hər ildə 500 min manata yaxın özünə pul yığıb indidə kefdədi yazıq millətdə evdə qalib 190 manat gözləyir biabırciliq əsl buduF

ayrım 2020-08-03 22:11:20

azilin dəstəsi bütün sahibkarların anasını ağladıb maraqlıdır bir nəfər də durub onlara verdikləri pulları geri tələb etmir auditin rəisi hər ildə 500 min manata yaxın özünə pul yığıb indidə kefdədi yazıq millətdə evdə qalib 190 manat gözləyir biabırciliq əsl buduF

Aborigen 2020-08-03 18:54:42

"Yəni, qudalar dövlətin 10 milyonlarını, 100 milyonlarını talan ediblər, indi də övladları xaricdə xərcləyir." Mən bir məsələni qana bilmirəm. Dövlətin güc strukturları yerində, maliyyə sistemi yerində, korrupciyaya qarşı mübarizə qaydasında, büdcəyə nəzarət yerində, bəs necə olur ki, dövlətin milyonları talanır?

Könüllü VƏZİFƏnin arxası? 2020-08-03 17:41:01

Fazil kimi neçəsini özəldən iri dövlət işinə gətirən əsas maraqlar belə yekun deyilmiş?

Hafiz 2020-08-03 16:45:20

Xeyirli olmasın inşAllah !!! Sağ salamat yaşamasınlar, burunlarından gəlsin, Allah bəlalarını versin !!!!

vətəndaş 2020-08-03 15:16:31

Talaçılardan millətə atılmış pulları almaq üçün Sovet hökuməti kimiu etmək lazımdır. Tutub insanların gözü qarşısında güllələmək ki, yüz milyarlarla pulu öz millətinə atıblar,QAYTARSINLAR. İndi millətin 90 faizi KASIB ƏHALİ çörək puluna möhtacdırlar.. Belə insanlıq olarmı?

Arif 2020-08-03 15:08:16

Ona görə onlardan soruşan yoxdur.... Millət acından qırılır,bunblar isə kefdədirlər.

oxucu 2020-08-03 15:08:15

niyə bir muxalifet tv si yaradılmır? onsuzda tvde meddahlıqdı deyə baxan yoxdu. heç kim ölkede neyise uçurub çevirmek isteyinde deyil. sadece debatlar olmalıdı. cezasızlıq mühitine son qoyulmalıdır.

Mehdi 2020-08-03 14:40:22

Burnunuzdan gəlsin ay vəhsiləsmiş adamciqlar.Burda millət açindan qirilir,bunlar 100 millyonlari ele xərcləyirlərki elə bil 1 manat kimi.Allah sizleri və bu ölkəni bu gunə qoyanlarin geç və ya tez çəzasini verəçək vallah.Adama oxsamazlar,ujaslar,adamyeyənlər.

nihad 2020-08-03 14:39:24

bunların heç biri həbs olunmadı,bunlar məntiqli sual dogurur,niyə?Gec tez bu suallara cavab veriləcək,özüdə mütləq!

vuqar 2020-08-03 14:14:49

S0russayd|lar bu vaxta qeder s0rusard|lar!

ejder 2020-08-03 13:41:37

AXCP DUWMENDISE,BUNLAR KIMDI.?

Şaiq 2020-08-03 13:15:11

Dövlətin pulunu talan edib mənimsəyənlər bilirlər. ki, vaxt gələcək bunun hesabı sorulaca. Ona görə də, pulu xaricə çıxarırlar. Metro rəhbəri Zaur müəllim kimi. Mülklər alaraq oğlunu Londona yerləşdirib. Korrupsiyaya qarşı mübarizə idarəsi bu faktları nıyə araşdırmır??? Uşaqları xaricdə yaşayan məmurları dərhal işdən azad etmək lazımdır. Onların xarici ölkələr qarşısında öhdəliyi ola bilər. Bunlar Dövlətimizə qarşı çox böyük təhlükədirlər.

Özgür 2020-08-03 12:43:29

malades

Səid 2020-08-03 12:39:33

Vətən xaini axtarmaq lazım deyil. Əsl vətən xainləri bunlardır. Xalqın maddi ehtiyatlarını, milyardlarını bunlar atıblar. İndi 190 manata möhtac olub millət. O nda nə minnətlə 100-də,1000-də birinə verilir.

Gulsen 2020-08-03 11:58:54

Burunlarından gəlsin

Gulsen 2020-08-03 11:58:53

Burunlarından gəlsin

Muellim 2020-08-03 11:34:21

Niye iqtidar memurlarinin xarici olkelerde emlak almasina,biznes qurmasina diqqet etmir? Axi nu olkeden qacirdiqlari,ogurlafoqlari vesaitlerdir!

Son yazılar