Melburnda karantin rejimi sərtləşdirilir

Avstraliyanın ikinci ən böyük şəhəri Melburnda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi növbəti dəfə sərtləşdirilir.

Trend-in məlumatına görə, avqustun 5-dən başlayaraq 6 həftə müddətinə şəhər ərazisində mağazalar bağlanır.

Tikinti və digər sənaye sahələri əməliyyatların həcmini və işçilərin sayını azaltmalı olacaq. Bu müddət ərzində yalnız supermarketlər, ərzaq mağazaları, aptek və banklar işləyəcək.

Mağazaya bir evdən yalnız bir nəfər gedə bilər. Evi bir saat müddətinə 5 kilometr məsafədən uzaq olmayaraq tərk etmək mümkün olacaq.

Bundan başqa, Melburnda saat 20:00-dan 05:00-dək komendant saatı tətbiq olunacaq.

Qeyd edək ki, bu günədək Avstraliyada 18 mindən çox şəxs koronavirusa yoluxub, onlardan 12 minə yaxını Viktoriya ştatında qeydə alınıb. İnfeksiyadan ümumilikdə 221 nəfər ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar