ADB Azərbaycanda energetika sahəsinə texniki yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (Central Asia Regional Economic Cooperation- CAREC) Enerji Strategiyası 2030 çərçivəsində Regional elektrik enerjisinin və qaz əlaqəsinin və ticarətin genişlənməsinin dəstəklənməsi ilə bağlı texniki dəstək layihəsi həyata keçirəcək.

“Report” xəbər verir ki, layihənin büdcəsi 2,50 milyon ABŞ dollarıdır. Layihə Azərbaycan, Əfqanıstan,Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monoqlustan, Pakistan,Türkmənistan, Tacikistan, Özbəkistanda icra ediləcək. Layihə iyulun 15-də təsdiq edilib, 2022-ci il 30 iyunda başa çatacaq. Texniki dəstək proqramı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (Central Asia Regional Economic Cooperation- CAREC) Enerji Strategiyası 2030-un reallaşdırılmasını dəstəkləyəcək.

Layihə regional enerji bağlantısını, geniş miqyaslı investisiyaları, CAREC ölkələrin energetika sahəsində daha yüksək davamlılığını və inklüzivliliyini dəstəkləyəcək. Bu məqsədlərə nail olmaq üçün Regional Transmissiya Əməkdaşlığı Assosiyasının yaradılması üçün hazırlıq işləri görəcək, bazar islahatlarını həyata keçirmək və investorları cəlb etmək üçün hökumətlərin potensialını daha da gücləndirəcək, yaşıl enerji üçün maliyyələşdirmə vasitəsi yaradacaq, qadınların enerji sektorunda iştirakını artırmaq üçün enerji proqramı yaradacaq, enerji səmərəliliyi üçün istehlakçı savadlılığının artıracaq. Bu fəaliyyətlərin regional enerji təhlükəsizliyini və əməkdaşlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırması gözlənilir. Layihə regional əməkdaşlıq və inteqrasiya 2019-2024-cü illər üçün Əməliyyat Planına tam uyğundur. Bu, ölkələr arasında davamlı əməkdaşlığı, ticarəti, investisiya qoyuluşunu dəstəkləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar