Neft Fondunun xərcləri artırılır
Baxiş sayı:
Dərc olunub:
03/08/2020 - 14:30
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 041,5 mln manat və ya 40,7% az nəzərdə tutulur.
“Report” bu barədə ARDNF-nin 2020-ci il üzrə yenidən baxılmış büdcəsi layihəsinə istinadən xəbər verir.
Fondun xərcləri isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 850 mln manat və ya 7,4% çoxdur.
Beləliklə, ARDNF-nin xərcləri 12 410,0 mln manat, gəlirləri 7 342,6 mln manat nəzərdə tutulur.Fondun büdcəsində 5 067,4 mln manat defisit yaranacaq.
Fondun xərclərində artım büdcəyə transfertlərin artması ilə bağlıdır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.