RAYONLARA GEDİŞ-GƏLİŞ QADAĞASI İLƏ BAĞLI QƏRAR VERİLDİ - Operativ Qərargahın qərarı

31 avqustadək ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla) davam edəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.

Həmçinin xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) barədə qərarın da müddəti 31 avqustadək uzadılıb.

Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

635x100

Şərhlər

Firuzə 2020-08-04 14:17:08

Bu karantin dövrü başlayandan bir çox adamlar öz doğma və əzizlərinə həsrət qalıblar. Təklif edirəm rayonlara getmək üçün məsafədən asılı olaraq heş olmasa 1 sutka qalmaqla heş olmasa öz maşını ilə gedib gəlməyə bir neçə sutkaya yaşadığı yeri tərk etməyə icazə verilsin.

Eli 2020-08-04 00:11:48

Eşitdiyime göre-Naxçıvanlıların dediyine göre heftede : defe Naxçıvana aviarsys var.Ancaq novbede 6000 insan var- ors getmek üçün.Yen Oğuza getmek dzha asandıd.İş yerinden ezamiyyet vereqesi al ve Sen 3-4 saata Oğuzdasan.

Rəhman 2020-08-03 22:42:54

Ağılsız qərardır Bunlar anlaya bilmirlər ki,b ərəfədə nə qədər sağlam insanlara stress.məhdudiyyətlər tətbiq etməklə nə qədər insanları infarkta.unsulta.əsəb və bu kimi digər xəstəliklərə düçar ediblər.Əhali gigiyenik şəraitə uyğun hərəkət edirsə,masakdan istifadə edirsə,ara məsafəsinə diqqət edirsə niyə on məhdud şəraitə düçar edirsiniz.Nə fırıldaqınız varsa bunu açıq söyləyin.Necə olur Naxçıvana getmək olur,Oğuza getmək yox.Bu bə ayeıseçkilikduir?,həyatda hər cür insanlar .polis.həbsxana ,məhkəmə mövcud olub.Bir-beş adama görə hamını cinayətkar saymaq özü cinayərdir.

Tural 2020-08-03 20:43:30

Bu artig milleti aldatmag demekdir. ....

Roman 2020-08-03 18:40:48

Avqustun 31 i yollari acmayanin ............

Xalx 2020-08-03 17:15:27

Bu yəqin ki, Daxili İşlər Nazirliyinin istəyilə edilib. Babat imkanlar açılır...

t.ədalət 2020-08-03 17:12:25

Bu,artıq karantin rejimi yox,xalqa təhdiddir.Biz qadağaların yalan və siyasi məqsədlər üçün olduğuna inanır,cərimələri nəzərə almadan ev həbsxanası şəraitində xəstəliklərə tutulma risqindən qurtulmaq üçün bayıra çılxmağa məcburuq.Əgər bu rejim hamı üçündürsə,onda niyə hakimiyyət başçıları rejim tanımır?

Son yazılar