"Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur" - Ülvi Mehdiyev

"Mövcud vəziyyət çimərliklərin açılmasına imkan yaradır. Ölkə başçısının müvafiq tapşırığı var. “ASAN Xidmət”, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən ibarət monitorinq qrupları müəyyən edildi. Həmin qruplar Bakı və Sumqayıt çimərliklərində monitorinq həyata keçirdi".

“Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, sırf pandemiya şəraitində sosial məsafənin saxlanılması və pandemiyaya uyğun tələblərə riayət olunmasına şəraiti olan çimərliklər müəyyən edildi: “Ümumiyyətlə bütün çimərliklərdə insanların sərbəst istifadəsi nəzərdə tutulub. Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur. İstənilən şəxs istədiyi çimərliyə gedə bilər. Çimərlik.az saytı informativ resursdur. Bura daxil olub, çimərliklərin mövcud şəraiti, ünvanı və tutum səviyyəsini görə biləcəklər. Çimərliklər səhər saat 8-dən axşam 9-a kimi açıq olacaq”.

635x100

Şərhlər

Oxucu 2020-08-03 22:37:59

Şəkidə Asan xidmətdə Ukrayna, Gürcüstan və Azərbycan Beynalxalq Universitetlərini qurtaranlar mühüm vəzifə sahibidirlər......? Beynalxalq Univedrsiteti day-dayı hesabına qurtaran Sərdar Nəsibov ota məktəbidə day-dayısı hesabına "3"" qurtarıb, ancaq buna baxmayaraq Asan xidətdə Notarius müdiri vəzifəsinə təyin olunub, çox maraqlıdır ???????????????

Səbuhi 2020-08-03 19:15:50

Mütləq Polisdən icazə alınmalıdır

Son yazılar