"Payızda kəskin respirator infeksiyaların artması qaçılmazdır" - TƏBİB

"Hazırda xəstəxanalardakı aktiv xəstə sayının azalması üçün çalışırıq. May ayında yumşalma nəticəsində xəstə sayında artım olmuşdu. Ümid edək ki, anoloji vəziyyət bu dəfə olmayacaq".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bildirib ki, Azərbaycana xaricdən mütəxəssislərin gəlməsi vacib amildir: "Pandemiya ilə mübarizəyə hər zaman hazırıq. Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının artması qaçılmazdır. Əgər koronavirusla mübarizədə tələb olunan qaydalara ciddi əməl etsək, digər viruslara qarşı da mübarizə apara bilərik. Maskadan hamı istifadə etməli, gigiyenik qaydalar nəzərə alınmalı və sosial məsafə mütləq qorunmalıdır".

635x100

Şərhlər

Vətəndaş 2020-08-03 22:48:10

tƏBİB bunu düçünməli və insanlara yaşam imkanı verməlidir ki,immunitetlə məşğul olmaq mümkün olsun.amənasız qadağalardan insanlarda xəstəliklər artmaqdadır.Bunu da düşünmək vacibdir.

Adam 2020-08-03 22:13:42

Ne olacaq ki, qachilmazdir, yene soxun camaati eve, saxlayin. Bashqa mubarize yolunu bilmirsiz, onsuzda .

Son yazılar