FƏTTAH HEYDƏROV VƏFAT ETDİ - I Fəxri Xiyabanda dəfn edildi + FOTOLAR (Yenilənir)
Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun cənazəsi dəfn edilmək üçün I Fəxri xiyabana gəlirilib.
Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub.
Dəfndə mərhumun ailə üzvləri, eləcə də Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə Sənayesi naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, həmçinin Milli Məclisin bəzi deputatları, mərhumun oğlu Kəmaləddin Heydərov və digər ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
***
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib. Bu barədə Milli Məclisdən məlumat verilib.
Fəttah Heydərov I Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respubliukasının (MR) Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.
1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.
1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri olub.
Allah rəhmət eləsin!
Xatırladaq ki, F.Heydərovun ölümü barədə ilk xəbəri "Bakıpost" yayıb.
Şərhlər
?????????????????????????
Allah rəhmət eləsin.
Amma niye 1 Fexri xiyabanda pullari Cox olduqlarina gore.
Allah rehmet elesin. Ele determines
Allah rehmet elesin. Ele determines
Allah rehmet elesin....
Fəxri xiyabanda kimlər dəfn oluna bilər ?-belə başa düşdüm ki,bura artıq öz statusunu itirib
Allah rəhmət eləsin
Allah rəhmət eləsin
Rehmetlik Generalin defnine hec qetmemishdi bunnar ?!!! ...
Allah rəhmət eləsin !
Nədən səngərdə həlak olan ilk və son generalımız 1-ci Fəxri xiyabanda dəfn olunmadı?
Karantin rejimini pozarag toplawiblar define .
Karantin qaydalarına görə yaxın qohumlardan savayı dəfndə iştirak qadağandır. Bu qədər hörmətli şəxsin karantin qaydalarını pozacağına inanmıram. Belədirsə, hamısı qohum imiş.
Allah rəhmət eləsin
Allah rehmet elesin.Amma niye Bakida defn edirlerki,doqma doquldugu yerde,öz valideynlerinin yaninda defn elemirler?