Biləsuvarda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən kafe aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi “Yaşıl Ada”adlı kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi aşkar olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

635x100

Şərhlər

t.ədalət 2020-08-04 20:38:09

Belə bir hərəkətin əxlaqsızlığın olmadığı Biləsuvarda baş verməsi adamı narahat edir.Bilərəkdən əxlaqsızlıq yuvasını Biləsuvarda açıb iz itirməyə çalışanların ciddi cəzası verilməlidir.

Son yazılar