O, özünün qeyri-adi səmimiyyəti ilə elə bir psixoloji əlaqə yarada bilirdi ki..." - Deputat

Xəbər verdiyimiz kimi Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bu gün haqq dünyasına qovuşub.Moderator.az uzun illər mərhumla dostluq etmiş BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət edərək onun fikirlərini öyrənib.

"Allahın xeyirxahlıq üçün bu dünyaya gətirdiyi el ağsaqqalı, ictimai-siyasi xadim Fəttah Heydərov dünyasını dəyişib. Ağır yerişi, müdrik kəlamları, səbri və məsləhətləri, barış adamı olması, kin-küdurətdən uzaq, bağışlamağı bacaran, insanları dinləmək və onlara kömək etmək istəyi ilə ağsaqqallıq nümunəsi olmuş, ailəsinə son dərəcə bağlı bu Böyük insana Allah rəhmət eləsin, yeri cənnətməkan olsun. 

Tale qismət elədi biz onunla deputat həmkarı olduq. O, özünün qeyri-adi səmimiyyəti və təvazökarlığı ilə hətta ilk dəfə görüşdüyü insanlarla yaşından asılı olmayaraq elə bir psixoloji əlaqə yarada bilirdi ki, hər kəs onu özünün doğmalarından biri hesab edib dərdini bölüşər, ehtiyac hiss edərsə məsləhət, kömək istəməkdən çəkinməzdi. Mən bu ağır itki ilə əlaqədar xaıqımıza və mərhumun ailə üzvülərinə dərin hüznlə başsağlığı verirəm, Allah rəhmət eləsin, Allah səbr versin" - deyə, deputat bildirib.

635x100

Şərhlər

Kamil 2020-08-04 22:32:22

Əsrində 21-ci əsr millətimizin qəhrəmanlıq simvolu olan Genaralımız 1-ci Fəxri Xiyabanda dəfn olunmalı idi

İsa 2020-08-04 22:28:42

Kreslodan fəxri xiyabana pis marşrut deyil

Oğuz 2020-08-04 18:41:46

Allah rəhmət eləsin! Gözəl insan idi.

Mehdi 2020-08-04 17:58:29

Qudret bey basin saq olsun,a Alah rehmet elesin.Arxan köməyin idi nə qədər olmasa.

Son yazılar