Deputat TƏBİB-i sərt tənqid etdi - "Onun fəaliyyəti şübhə altındadır”

Milli Məclisin deputatı Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sərt tənqid edib.

“Report”un xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib ki, iyunun 12-də TƏBİB-in rəhbərliyinə məktub göndərib.

“Ancaq üstündən 40 gündən də çox vaxt keçməsinə baxmayaraq mənim məktubuma cavab verilməyib. Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdı sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”- deputat əlavə edib.

635x100

Şərhlər

Ruslan 2020-08-05 12:31:30

Əvvəllər Təbib sözünə hörmətim var idi, bizim bu yararsız TƏBİB yaranandan sonra daha o sözü xoşlamıram.

Cəlal 2020-08-04 19:09:52

TƏBİB-in arxasında kim durur? Yəqin bu böyük şəxsiyyətdir ki,nəzarəe orqanları kənara çəkiliblər.Səhiyyə Nazirliyinin isə səsi eşidilmir.Sanki belə bir qurum yoxdur.Bunun nə demək olduğuolduqcq şübhəlidir.üzl

Cəvahir 2020-08-04 19:06:24

TƏBİB-in fəaliyyətinə nəzarət edən varmı?nəzarət olmayan yerdə özbaşınalıq olacaq.Nə üçün testlər pullu olmalıdı7r.Avadanlıqlar dövlət tərəfindən alınıb,oğurlanataq bu avadanlıqlar TƏBİBİN özəl labotratoriyasına daşınıb.Bunlardan. istifadə etməklə TƏBİBmilləti soyur.Niyə bu araşdırılmır?

Son yazılar