“KÜKREYEN ASLANLARIZ, ATƏŞİZ, KANIZ...” - Birgə təlimlərə döyüş helikopterləri də qoşuldu + VİDEOLAR

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir. Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

***

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən və iyulun 29-dan başlayan birgə irimiqyaslı hərbi təlimlərdən yeni görüntü paylaşıb.

"AzPolitika.info"nun məlumatına görə, Nazirliyin Twitter hesabından paylaşılan və rəsmi saytında yerləşən görüntülər bu sözlərlə müşaiyət olunur: "Yürüyen birer dağız, coşkun seliz, tufanız. Kükreyen aslanlarız, deviz, ateşiz, kanız. Azerbaycan'da icra edilen TurAz Kartalı Tatbikatı planlandığı gibi başarıyla devam ediyor"

Kadrlara əsasən motoatıcı bölmələr tankların müşaiyəti ilə hücumu məşq edir, üzərində Türkiyə və Azərbaycan bayraqları dalğalanan zirehli texnika şərti düşmən mövqelərinə doğru şığıyır.

635x100

Şərhlər

Gülşən 2020-08-05 19:36:40

Türk öz hərbçiləri üçün neçə gözəl möhtəşəm ifadələr işlədir, kişilər, kişilik belə yaranr, ilhamlandırmaq, həvəsləndirmək, mənliyi əzməməklə

Son yazılar