CƏSUR VƏ QÜRURLU ÖLKƏNIN TƏMƏNNASIZ HƏKİMLƏRİ - Yaxud Azərbaycan səhiyyəsi üçün Kuba nümunəsi



Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı son məlumatları bu kabusun ölkəmizi tezliklə tərk edəcəyinə dair ümidlərimizi xeyli möhkəmləndirir. Belə ki, xəstəliyə yoluxma və sağalma sayının üç ay idi ki, davam edən mənfi dinamikası, nəhayət ki, iyul ayının 15-dən etibarən müsbət dinamikaya qədəm qoydu, yəni gündəlik sağalanların sayı yoluxanların sayını üstələdi və bu tendensiya artıq 18 gündür ki, davam edir. Eyni zamanda, son günlər gündəlik ölüm sayında da nisbi azalma müşahdə edilməkdədir.
Ölkəmizdə hər gün hamının narahatlıq və səbirsizliklə gözlədiyi bu sevindirici məlumatların əldə edilməsində, heç şübhəsiz, fədəkar həkimlərimizin xidməti böyükdür, lakin bu şərəfli missiyanın yerinə yetirilməsində bir neçə xarici ölkə həkimlərinin, o cümlədən son günlər Bakıya gəlmiş kubalı həkimlərin də müstəsna rolu olmasına şübhə etmirəm.
Keçək mətləbə. Nə üçün məhz kubalı həkimlər? 13 iyulda kütləvi informasiya vasitələrində ölkəmizdə koronavirusla mübarizəyə kömək məqsədilə Kuba Respublikasından 115 həkimin AZAL-ın çarter reysi ilə birbaşa Havanadan Bakıya gətirilməsi haqqında xəbər, bir çoxlarının ağız büzdüklərinə baxmayaraq, açıq deyirəm, məni və ailə üzvlərimi çox sevindirdi. Baxmayaraq ki, onların ölkəmizdəki fəaliyyəti, hansı səbəbdənsə, hələlik nə açıqlanır, nə də şərh edilir. Onların məharətlərini bilavasitə görmüş şəxs kimi, bu bəradə bəzi təəssüratlarımı sizinlə bölüşərək yuxarıdakı suala aydınlıq gətirmək istərdim.
Əsası Çe Qevara tərəfindən qoyulmuş sistem
İllər öncə düz üç il Kubada, ölkənin üçüncü böyük şəhəri olan Kamaqueydə yaşadıq və bu müddət ərzində kubalı həkimlərin nəyə qadir olduqlarını öz şəxsi həyatımızda gördük, yaxından hiss etdik. Kuba həkimlərinin peşəkarlığı, insansevərliyi, xəstələrə münasibəti adamda bu peşə sahiblərinə qarşı ən ülvi hisslərlə bərabər, heyranlıq yaradırdı. Təsəvvür edirsinizmi, bu, hələ ötən əsrin 86-89-cu illəri idi, Sovet İttifaqı adlı böyük bir dövlətdə yaşayırdıq və səhiyyəmiz də indiki kimi dişsiz deyildi.
Aydın olsun deyə, bəri başdan bildirim ki, məni o vaxt SSRİ-nin texniki yardımı çərçivısində Kubaya uzunmüddətli ezamiyyətə göndərmişdilər, filiz (mis, sink, molibden, qızıl, dəmir və s.) yataqlarının axtarışında və öyrənilməsində kubalı həmkarlarımıza yardım etmək, məsləhət vermək üçün. O zaman Kuba inqilabının yaşı təxminən elə bizim indiki müstəqillik tariximizin yaşı qədər olardı və yeni sistemi bəyənməyən çoxlu sayda yerli mütəxəssis ölkəni tərk edib getmişdi.
Bu səbəbdən Kubada tək geologiya deyil, iqtisadiyyatın bir çox başqa sahələri (məsələn, meliorasiya, energetika, nəqliyyat və s.) üzrə əsasən keçmiş SSRİ-dən və digər sosialist yönümlü ölkələrdən mütəxəssislər Fidel Kastronun qurduğu bu gənc ölkəyə yardım etmək üçün göndərilmişdilər. Amma maraqlıdır ki, texniki sahələr üzrə mütəxəssis çatışmazlığına baxmayaraq, həmin illərdə səhiyyədə ciddi bir problem yox idi. Təkcə böyük şəhərlərdə deyil, hətta ən kiçik rayon mərkəzlərində belə, yüksək peşəkarlığa malik həkimlər, müasir avadadanlıqlarla təchiz olunmuş poliklinikalar və xəstəxanalar mövcud idi. (Heç şübhə etmirəm ki, o dövrlərdə Kubada işləmiş və indi həyatda olan mütəxəssislər mənim bu fikirlərimi təsdiq edə bilərlər.)
Bu ona görə belə idi ki, Kubada səhiyyəyə dövlətin xüsusi diqqəti, qayğısı mövcud idi və bu sistemin təməli xalqını, onun sağlamlığını ilk növbədə düşünən Kuba inqilabı liderlərindən biri, ixtisasca həkim olan Çe Qevara tərəfindən qoyulmuşdu. Təhsilə, xüsusən də tibbi təhsilə çox ciddi fikir verilirdi, korrupsiya yox dərəcəsində idi. Kuba səhiyyəsi sözün tam və həqiqi mənasında pulsuz idi, deyirlər elə indi də belədir. Hər hansı bir tibbi xidmət müqabilində xəstədən bəxşiş, şirinlik, nə bilim, daha hansı ad altında rüşvət ummaq onların ağıllarına da gəlmirdi, belə şeylər haqda heç bir anlayışları, təsəvvürləri yox idi.
Baxın, bir təsadüf nəticəsində cərrahiyyə əməliyyatına məruz qalmış həyat yoldaşımı yenidən dünyaya qaytaran həkimlərə minnətdarlıq əlaməti olaraq bir qutu şokolad hədiyyə etmək istədik - dəhşətlə qarşıladılar, qəbul etmək istəmədilər. “Milli adətimizdir”- deyib, bir güclə onları səmimiyyətimizə inandıra bildim.
Başqa bir misal, birgə çalışdığımız azərbaycanlı mütəxəssisin 2-3 yaşlı oğlunun anadangəlmə əyri ayaqlarını təmənnasız dübbədüz elədilər, infarkt vurmuş rus qonşumuza, yaşlı bir universitet professoruna yeni həyat verdilər.
Kariyesə uğramış bir neçə dişimizə qoyduqları çox yüksək keyfiyyətli plomblar 25-30 il davam gətirdi. Bəli, kubalı həkimləri biz belə gördük, belə tanıdıq. Çünki onlar xəstəyə gəlir mənbəyi kimi baxmırdılar, gözləri xəstənin əlində və ya cibində deyildi. Xəstənin kimliyi, sosial statusu, vəzifəsi, kasıb və ya imkanlı olması onları əsla maraqlandırmırdı. Onlar üçün ancaq xəstə vardı və bir də içdikləri Hippokrat andı. Xəstəxanalarda yüksək səviyyədə təminat-təchizat və dava-dərman da tam pulsuz. Dərmanların böyük əksəriyyəti yerli istehsal idi və qiymətləri də xeyli ucuz.
Əslində, Kubada heç xəstələnmək də mümkün deyildi və biz üç ildə bir dəfə də xəstələnmədik. Bakıda beş gündən bir anginadan əziyyət çəkən uşaqlarımız orada bütün günü soyuducudan, hətta buzxanadan nəsə götürüb yeyirdilər və ya içirdilər, bir dəfə də olsun boğazları ağrımadı, çünki, hava təmiz, su təmiz, ərzaqları təmiz, ən əsası, bütün xəstəliklərin bir nömrəli səbəbkarı olan stress də, demək olar ki, yox idi. Fırıldaq, oğurluq bilməzdilər, südə su qatmaz, marqarini kərə yağ adıyla satmazdılar, şəkərdən bal çəkməz, meyvə-tərəvəzi, qarpızı nitratla yükləməzdilər. Amma qızardılmış tərəvəz bananını çox sevər, pomidoru və limonu isə kal, yetişməmiş halda yeyərdilər. Bizim təəccüblü suallarımıza -“bəs, siz xiyarı niyə yetişməmiş, kal yeyirsiniz”, deyərdilər.
İnsanları hədsiz mehriban və şən idi, paxıllıqdan, kindən-küdurətdən, şərdən-böhtandan uzaq bu adamların sanki əsəblərini çıxarıb atmışdılar. Bir gün şəhərin içində sürücü əyləci basıb sərnişin dolu avtobusu qəflətən saxladı. Adamlar yerə və bir-birilərinin üstünə yıxıldılar, aləm qarışdı. Nə baş verdiyini dərhal anlamadıq.
Ayağa durub üst-başımızı səliqəyə salanda bir nəfərin arabasını arxasınca çəkərək yolu keçdiyini gördük. Keçmək işarəsi olmayan yerdə avtobusun qəfil qabağına çıxmış bu adama sürücü əllərini yuxarı açıb gülümsəyərək: “ooo, komponyero?!”-yəni, təxminən, “ ay qardaş, sən nə edirsən?”- deməklə kifayətləndi.
O adam avtobusdakılara, sərnişinlər də ona -“oola”- deyərək, əl elədilər və sürücüyə isə heç bir irad bildirmədilər. Məəttəl qalmışdım, sanki hamı belə bir durumdan çox məmnun idi.
Belə bir vəziyyətdə biz özümüzü necə aparardıq, yəqin ki, hamımıza aydındır: sürücü o adama - “ay heyvan, hara girirsən?”, sərnişinlər bir-birilərinə -“düz-əməlli dur da, nə üstümə çıxırsan?” və hamısı birlikdə sürücüyə - “əə, adam kimi sür də, kartof daşıyırsan?”- kimi təhqiramiz ifadələr püskürərək, bir-birimizin əsəblərini korlayardıq. Belə misallardan çox çəkmək olar, amma keçək mövzumuza.
“Şirinlik” anlayışını təhqir bilən həkimlər...
Kubalı həkimlərın maaşı ölkə üzrə orta əməkhaqqından bir qədər yüksək olsa da, ümumiyyətlə, kubalılar kasıb yaşıyırdılar, əsas ərzaq mallarına limit vardı, amma hədsiz qürurlu idilər. Bizim “şirinlik” anlayışımızı onlar özlərinə təhqir bilirdilər.
Mən inanmıram ki, son 30-35 ildə onların zəngin mənəviyyata söykənən bu xüsusiyyətləri zamanın mənfi təsirinə məruz qalıb dəyişmiş olsun. Elə olmasaydı bu gün 2000 kubalı həkim dünyanın 22 ölkəsində koronavirusla mübarizəyə dəvət olunmazdı. Başda ABŞ olmaqla, bütün Amerika qitəsi – Braziliya, Meksika, Peru, Çili, Kolumbiya, Argentina və s. ölkələr koranovirusla mübarizədə aciz qaldıqları halda, Kubada bu günə qədər 2650 yoluxma və cəmi 87 ölüm qeydə alınmazdı.

Eyni zamanda, xəbərlərdən məlumdur ki, Afrikada Ebola xəstəliyinə, İtaliyada koronavirusa qarşı mübarizədə kubalı həkimlər həmişə ön cərgədə olublar. Və ya digər faktlar: bir neçə il bundan qabaq öz ölkəsində ölüm ayağında olan məşhur Argentina futbolçusu Dieqo Maradonanı narkotik asılılıqdan kubalı həkimlər xilas etdi, 2001-ci il 11 sentyabr hadisələrində ciddi xəsarət almış Amerika yanğınsöndürənlərinin bir qismini məhz kubalı həkimlər təmənnasız müalicə etdilər.
Başqa bir misal: xərçəng xəstəsi olan Venesuelanın keçmiş prezidenti Uqo Çavesi öz ölkəsinin deyil, məhz Kubanın həkimləri müalicə edərək ömrünü bir neçə il uzatdılar, yenə də, xərçəng xəstəliyindən əziyyət çəkən Fidel Kastronu 90 yaşa qədər yaşatdılar və s. bu kimi çoxlu fakt mövcuddur.
Lakin oxucuları belə misallarla yormaq istəməzdim, istənilən halda internet səhifələrində kifayət qədər bu kimi məlumatlara rast gəlmək mümkündür. Məni maraqlandıran sual isə məsələnin ölkəmizə aid olan tərəfidir.
Necə oldu ki, 30 ildə imkansız, ABŞ tərəfindən blokadaya alınmış və təhdidlərə məruz qalan Kuba dünyada ən qabaqcıl səhiyyə sistemlərindən birini, bəzi məlumatlara görə birincisini qurmağı bacardı, onunla müqayisədə imkanlı Azərbaycan 30 ildə bunu bacarmadı?
Baxmayaraq ki, inqilabdan sonra 6 min həkimdən 3 mini ölkəni tərk etmişdi, qurulmuş düzgün siyasət sayəsində Kuba səhiyyəsi dünyada çox yüksək qiymətləndirilən bir səviyyəyə gəlib çatdı.
İndi səhiyyə Kuba iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevrilib. Xaricə ixrac edilən Kuba məhsulları arasında tibbi avadanlıqlar və dərmanlar mühüm yer tutur, eləcə də kontraktla xaricdə işləyən kubalı həkimlər ölkəyə valyuta qismində milyardlarla gəlir gətirir. Bildirilir ki, hazırda Kubada 350 minlik tibbi heyət 11 milyonluq Kuba əhalisinə təmənnasız xidmət göstərir və 30 mindən çox kubalı tibb əməkdaşı dünyanın 59 ölkəsində işləyərək həmin ölkəyə və həm də öz vətənlərinə fayda verirlər.
Keyfiyyətli tibbi təhsil və ailə həkimi institutu
Kuba səhiyyə sisteminin uğurlarının əsasını keyfiyyətli tibbi təhsil və ailə həkimi institutu təşkil edir. Müəyyən bir ərazidə, təxminən 300-400 nəfərə hər gün tibbi xidmət göstərən ailə həkimi həmin insanların sağlamlıq durumlarını daim nəzarətdə saxlayır. Hər hansı bir dəyişiklik olarsa, dərhal ilkin müdaxilə edir, bacarmasa, poliklinikaya və ya xəstəxanaya yönləndirir. Yəni ki, bu sistemdə xəstəliyin müalicəsindən çox, onun profilaktikasına üstünlük verilir. Ona görə bu ölkədə körpə ölümü sayı dünyada ən aşağı, orta ömür isə ən yuxarı (78 il) rəqəmlərdəndir.
Kubada ailə həkimləri ilə bağlı şəxsən müşahidə edib gördüyüm bir məsələni də qeyd etmək istərdim. Aydındır ki, Kuba sosialist ölkəsidir və çox şey dövlətə məxsusdur, bu səbəbdən yer alıb xüsusi ev tikmək müşkül məsələ idi, amma bölgələrdə işləmək istəyən ailə həkimlərinə xüsusi güzəştlər mövcuddur. Məsələn, başqa yerdən gəlmiş gənc ailə həkiminə yaşamaq və işləmək üşün lazımı şəraiti olan ikimərtəbəli ev tikib verirdilər. Ailə həkimi birinci mərtəbədə xəstələri, daha doğrusu, ona aid ərazidə yaşayan sakinləri qəbul edir, ikinci mərtəbədə isə yaşayırdı. Dövlətlə bağlanmış müqaviləyə görə o, burada tam 5 il işləyəndən sonra həmin ev həkimin xüsusi mülkiyyətinə keçirdi. Bu prosesi üç il müddətində işlə əlaqədar yaşadığım Quaymaro şəhərində müşahidə edirdim və demək olar ki, hər gün səhərlər məhəlləmizin ailə həkiminin rəhbərliyi ilə küçədə yaşlı və qoca kubalıların necə həvəslə idman hərəkətləri etmələrini maraqla izləyirdim.
Düzdür, kubalı həkimlərin Bakıya gəlməsini mən də alqışlayıram, onların dünya tərəfindən qəbul edilən bu yüksək səviyyəsindən bəhrəlnmək lazımdır, necə deyərlər, dünya gör-götür dünyasıdır. Amma bir fakt var ki, bukünkü Kuba səhiyyəsini formalaşdıran həkimlər məhz ötən əsrin 60-80-ci illərində Sovet İttifaqında təhsil almağa göndərilən tələbələr olmuşdur. Yadımdadır, həmin illərdə Bakıda müxtəlif ixtisaslar, o cümlədən geologiya üzrə xeyli kubalı tələbə təhsil alırdı. Onların bir neçəsi ilə Kubada tanış oldum və əsas tərəf-müqabilim, Quaymaro geoloji briqadasının rəhbəri, BDU-nun geologiya fakültəsinin məzunu Alfredo Rodrigez onlardan biri idi. O, söyləyirdi ki, həmin vaxtlar Bakıda 700-ə yaxın kubalı tələbə təhsil alırdı və onların problemlərinin həlli üçün Bakıda hətta, müvəqqəti konsulluq xidməti də təşkil edilmişdi.
Hər il 100 tələbə Kubaya göndərilsin
Bunları deməkdə məqsədim məni narahat edən bir məqama diqqəti yönəltməkdən ibarətdir: əgər hazırkı iqtisadi imkanlarımızdan səmərəli istifadə edərək təhsil və səhiyyəmizdə dönüş etməsək, nəinki həkimləri, hətta bir vaxtlar öyrətdiyimiz geoloqları, melioratorları, energetikləri və s. peşə sahiblərinin nümayəndələrini də ölkəmizə dəvət etmək məcburiyyətində qalacağıq. Ona görə fürsətdən istifadə edərək, yeni təyin edilmiş təhsil nazirimizə uğurlar diləyir və təklif edərdim ki, beş il dalbadal hər il 100 tələbəni həkim ixtisaslarına yiyələnmək üçün dövlət hesabına Kubaya göndərsin. Əminəm ki, digər ölkələrlə müqayisədə bu variant iqtisadi cəhətdən və keyfiyyət baxımından daha sərfəli olacaq.
Hörmətli Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə son illərdə Azərbaycanda ən müasir avadanlıqlarla təchiz edilmiş xeyli sayda tibbi müəssisə - xəstəxana, poliklinuka və s. tikilib istifadəyə verilmişdir və səhiyyə sisteminin inkişafına hər il dövlət büdcəsindən milyonlarla manat vəsaiti sərf edilir. Bütün bunların müqabilində tibbi təhsilimizdə və səhiyyəmizdə işlərimizi elə səhmanlamalı, həkimlərimizə inamı o səviyyəyə çatdırmalıyıq ki, heç bir Azərbaycan vətəndaşı hər asqırıb-öskürəndə İrana, Türkiyəyə və ya Avropa ölkələrinə üz tutmasın və külli miqdarda vəsaitlərin ölkəmizdən kənara çıxmasına ehtiyac olmasın. Necə ki, kubalılar bu məqsədə nail olublar, deməli, onlardan öyrənəcəyimiz bəzi məqamlar var və öyrənmək heç vaxt ayıb sayılmaz.
Təbii ki, uzun illər bundan əvvəl yaxından tanıdığım bu kiçik, lakin cəsur və qürurlu Latın Amerikası ölkəsi haqqındakı təəsüratlarım 4-5 səhifəlik bir yazıya sığmaz, amma imkan olsa, gələn yazımda onların 60 ildir ki, dünyanın bir nömrəli super dövlətinin - ABŞ-ın beş addımlığında öz vətənlərini necə qoruduqları haqqında mülahizələrimi, bəlkə bizim indiki durumumuza faydası olar deyə, sizinlə bölüşmək istərdim.
Rəşid Fətəliyev
AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutu, dosent
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
kubadan qelen hekimlere , ne qeder maash verir bizimkiler ? Siz bilirsiniz ki , Kubada hrkim ve mellimlerin maashi ayda 10/15 $ di ???? Ele bundanda ishinizi ishinizi bilin ! Qonshuluqda 2 kubali idmanci , kirayede qalir , Pocdi her qun ickili qelirler , Onnara , Qôzûn ûste qashin var , deyen yoxdu ! Yani ( DYP) zad herremirler . Qudurtmushuq bunnari biz , Niye neye qôre ,,,, ? Derd
Əla,növbəti dəfə Mozambiki nümunə göstərin.Kuba dünyanın ən ac ölkələrindən biridir.
Tipik "demokrat" yanaşması: Kuba? Axı , orada DİKTATURA hökm edir. Ona görə, ola bilməz belə bir şey. Qürur?! Nə qürur? Hər şeyiin qiyməti var, hər şey satılır və alınır! Nə Fidel Kastro, Çe Gevara, Kamilyo Syenfueqos??? Nə Teofilo Stivenson? Nə olsun ki, 3-dəfə Olimpiya çempionudur? Bəlkə bizim idmançı-biznesmenlər qədər pulu, qəniməti, vəzifəsi var, market-mağazalar saxlayır? Yoxdu! Ancaq “demokratik” Kubada yaşası idi, indi üzürdü qızıl-pul içində. .... Nə qürur?! Yaxşı olar ki, qüruru atsınlar, “demokratik” bir kolonial dövlət yaratsınlar, Kubanı böyük bir bordel vəziyyətinə qaytarsınlar! Tələbəlikdə kubalılarla sıx təmasda olan biri kimi deyə bilərəm ki, onların qız-qadınları DİKTATURA nə qədər özünü öldürsə də gözəl və cazibədardılar. Hələ oğlan-kişilərini demirəm: çox ürəyində Pride flag saxlayanları xoşbəxt və məmnun edərlər! Və televizionda xoşbəxt və gələcək inkişafdan, demokratiyadan, kapitalın quruculuğundan, bankların firavan həyat yaratmsından, işverənlərin, üzr istəyirəm, sahibkarların iqtisadiyyatı qaldırmaqlarından, Vətən üçün hər bir itkilərə dözməyindən danışardılar....
Kubadan hekimler getirilib, amma, eshitdiyimize gore hech biri intubasiya ede bilmir, yeni xesteni suni teneffus aparatina qosha bilmir. Onda bunlari ne meqsedle getiribler???