"AzPolitika.info"-ya qarşı təxribat 

Azərbaycan ərazisindən saytımıza giriş blok olunub

Bu gün saat 10:00 radələrindən başlayaraq, Azərbaycan ərazisində  "AzPolitika.info" saytına giriş blok olunub. Halbuki, həmin vaxt digər dünya ölkələrində sayta girişdə heç bir problem olmayıb.

Bu dəqiqələrdə Bakının bəzi hissələrində, o cümlədən saytın redaksiyasında "AzPolitika.info" açılmağa başlayıb. Lakin hələ də Bakının əksər hissələrində sayt bağlıdır.

"Delta Telekom" internet operatoru problemin onlardan qaynaqlanmadığını bildirir və provayderlərlə, eyni zamanda Rabitə Nazirliyi ilə əlaqə saxlamağı məsləhət görür. Lakin həm provayderlər, həm də Rabitə Nazirliyi məsuliyyəti üzərlərindən atırlar. Lakin bəllidir ki, "AzPolitika.info"-ya girişi bağlayan məhz bu instansiyalardan biridir.

Məsələ ondadır ki, "AzPolitika.info" iyun ayının 21-dən başlayaraq güclü haker hücumuna məruz qalıb. Azərbaycan internet tarixində misli görünməmiş (yerli və xarici ekspertlərin qənaətinə görə) hücum oktyabrın 13-də - prezident seçkilərindən 3 gün sonra dayanıb. Bu müddət ərzində hücum əsasən onlarla xarici ölkədən təşkil olunsa da, ara-sıra hücumda "Delta-Telekom"un İP-ləri də gözə dəyib. Bu faktlar saytın texniki heyəti tərəfindən sənədləşdirilib.

Lakin görünür haker hücumu təşkil etməklə "AzPolitika.info"nun məhvinə nail olmayan hansısa dairələr daha təsirli tədbirlərə əl atmaq məcburiyyətində qalıblar.

"AzPolitika.info" redaksiyası aidiyyatı qurumları bu qanunsuzluqdan çəkinməyə, hansısa dairələrin əlində saytımıza qarşı vasitəyə çevrilməməyə çağırır. Əks halda yaxın günlərdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar