"Sorğu keçirsək, əhalinin 100 faizi "uşaqpulu" istəyir" - "Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir"

Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Tahir Kərimli "uşaqpulu"nun bərpa olunmasını təklif edib. 

"AzPolitika.info" xəbər verir ki, deputat dövlətin maliyyə imkanlarının bu xərci qarşılamaq iqtidarında olduğunu qeyd edib:“Nazirimiz deyir ki, “uşaqpulu” verilməsinə 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinəti məsələsini saxlamaq mümkündürsə, saxlayaq, mümkün deyilsə, ləğv edib yerinə "uşaqpulu" verək. 

Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi "uşaqpulu" istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir".

T. Kərimli vurğulayıb ki, ən kasıb ölkələrdə belə "uşaqpulu" verilir. 

"Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. "Uşaqpulu" isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. "Uşaqpulu" verilsəydi, daha yaxşı olardı. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq”-deyə millət vəkili qeyd edib.

"AzPolitika.info"

635x100

Şərhlər

4usaqli ana 2020-08-07 11:40:36

Usaq pulu istiyirik usaqlarimi temin ede bilmirem .Sabah menden üç əsgər istiyəssiz

.EJDER 2020-08-07 00:43:57

SIZ ONLARIN XARICE DAWIDIQLARI PULLARDAN DANIWIN

Vətəndaş 2020-08-06 23:06:35

Bu xalqın pulundan xalqın özünə,körpələrinə belə verməyə əlləri gəlmir. Ancaq özgələrə paylayırlar.

t.ədalət 2020-08-06 20:02:29

Papaya-mapaya pul əsirgəmirik.Görəsən,uşaq pulu vermək istəməyənlər hansı millətdən olanlardır?

Bashirov Qarib 2020-08-06 19:19:32

Deputat bilmir ki, ehtiyat valyuta fondumuzda olan puldan uşaq pulu kimi istifadə etmək olmaz.Bəs onda Formula-1,Avropa Oyunları və digər vacib əndrabani oyunları nə ilə çıxara bilərik.Dunya deməz ki, o qaçmaga bu yıxılmaq?!

Son yazılar