SABİQ PREZİDENTİN QIZI 3 VİLLASINI SATIŞA ÇIXARIB - Hollivud təpələrində yerləşir + FOTOLAR

Özbəkistanın mərhum eks-prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva və onun əri Timur Tillayev ABŞ-ın Los-Anceles şəhərində, məşhur Hollivud təpələrində yerləşən üç villasını satışa çıxarıb.

Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, “Variety” nəşri həmin villaların ümumi dəyərinin 18.9 milyon dollar olduğunu göstərib. Nəşr habelə Kaliforniya ştatındakı həmin evlərin ümumi sahəsinin 3277 kvadrat metrdən 4429 kvadratmetrə qədər dəyişdiyini bildirir. Hər birinin qiyməti isə 6 milyondan 6.5 milyon dollara qədərdir.

Lola Kərimova və əri

Bildirilir ki, Lola və əri həmin üç villanı 2014-cü ildə cəmi 16.1 milyon dollara alıblar. Amma ailə heç vaxt bu villalarda yaşamayıb və onları kirayə verib. “Tillayev və Kərimova Beverli-Hillzdəki elit evdə yaşayırlar. Həmin nəhəng evin ümumi sahəsi 48 min kvadrat futdur və cütlük onu 2013-cü ildə 33 milyon dollara alıb”,-nəşr yazır.

Lolanın satışa çıxardığı üç villadan ən bahalısı: burada əvvəllər Amerika futbolunun ulduzu öz sevgilisi ilə yaşayıb

“Variety” habelə qeyd edir ki, Beverli-Hillzdəki həmin nəhəng malikanə Lola və ərinin heç də ən bahalı daşınmaz əmlakı deyil. “Ailə Beverli-Hillzdə, Parisdə və İsveçrədə yaşayır. Onların Cenevrə küçələrindən birində evi var, 47 milyon dollara alıblar”,-məlumatda deyilir.

Satışa çıxarılan ikinci villa: bəzi məlumatlara görə bu mülkü Con Lennon və Yoko Ono rekonstruksiya ediblər

Xatırladaq ki, Özbəkistanın mərhum eks-prezidentinin böyük qızı Gülnara Kərimova hazırda həbsdədir. O, milyardlarla dollarlıq korrupsiyada günahlandırılıb. Özbəkistanın indiki rəhbərliyi G.Kərimovanın oğurladığı pulların bir qismini geri qaytarmağa nail olsa da onun xaricdəki dondurulmuş hesablarında hələ də yüz milyonlarla dolların olduğu bildirilir. G.Kərimova hələ atasının sağlığında gözdən düşmüşdü və İslam Kərimov onu Daşkənddə ev dustağı kimi saxlayırdı (virtualaz.org)

Lola və ərinin satışa çıxardığı ən ucuz villası: qiyməti 6 milyon dollardır

635x100

Şərhlər

Eli 2020-08-16 14:48:36

Rehmetlik İslam Kerimov sağ olsaydı bu yazılanlara ne reaksiya vererdi.Deyirem ne qeribedir bü

Orxan 2020-08-07 12:33:45

Bəs bizimkilərin neçə villaları var?

Son yazılar