Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev qurumun aparat rəhbəri təyin edilib.

“Report” xəbər verir ki, o, 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

R.Quliyev ölkə prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Ailəlidir, 4 övladı var.

Kənd Təsərüffatı Nazirliyindən məlumatı təsdiqləyiblər.

635x100

Şərhlər

Mehdi 2020-08-07 15:49:48

Kənd təsərrufati islərinin yaxsi getməsi əsas aparat rəhbərinin olmamasi idi.Indən sonra butun kənd təsərrufati göynən gedəcək,isləri yaqli gedəcək umumiyyetlə k.təsərrufati da beləcə duzəldi.Əsas aparat rəhbəridi.Bə nə bilmisdiniz.Bir azda bu aparat rəhbəri aparatlarini göturub gedib quzularnan,danalarnan qəsəng qəsəng səkillər cəkdirsin,uzlərindən gözlərindən öpsun onda her sey qaydasina dusecek.Vəssalam suttemam.

Aqranom 2020-08-07 15:42:56

Bu nazirliyin nə işlə məşğulolduğu bəlli deyil.Onun Nazirlik kimi saxlanılmasına ehtiyac varmı? Torpaqlar özəlləşib,fermer təsərrüfatları mövcud.Daha bu nazirlik nəyə gərəkdir.Frfermerləri sərbəsr buraxın,özlərinə lazım olan texnikanı da özləri alsın.Kübrə təminatı üçün kişok bir Cəmittət kifarət edər.

Son yazılar