“Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzinin təmirinə başlanılır
Baxiş sayı:
Dərc olunub:
08/08/2020 - 18:05
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC İdman - Konsert Kompleksi Mətbuat Mərkəzinin korroziyaya uğramış sahəsində 5 200 m2 dam örtüyünün dəyişdirilməsi, binanın perimetri boyu parapetin korroziyaya uğramış metal konstruksiyanın təmiri və rənglənməsi, günəşdən qoruyucu yararsız halda olan metal jaluzlərin bərpası və dəyişdirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Report” xəbər verir ki, tenderin qalibi “Aypara-İnşaatı” MMC-dir.
Qalib şirkətə 296 781 manat ödəniləcək.
Xatırladaq ki, “Aypara-İnşaat” 2012-ci iildə cəmi 4 manat nizamnamə kapitalı ilə yaradılıb. Bu günə şirkətin vergi borcu 8 954 manatdır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.