ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-da baş verən atışmada 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə WTOP telekanalı polisə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Vaşinqtonda qeydə alınıb. Polisin məlumatına görə, "Dubois Place" küçəsində qeydə alınan silahlı insident zamanı azı 9 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hadisənin digər təfərrüatları açıqlanmır. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar