Belarusda seçicilərin 79%-i seçkilərdə iştirak edib

Yerli vaxtla saat 18:00-a olan məlumata görə, Belarusda prezident seçkilərində seçici iştirakı 79% təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Belarus-1” telekanalının efirində ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

"Seçkilər günü özünün məntiqi sonluğuna yaxınlaşır. Saat 18:00-da seçkilərdə artıq 79% seçici iştirak etdi. Əlbəttə, bu 18 saatda çox böyük rəqəmdir. Çox vilayətlər artıq 80% sərhədi keçdi - faktiki olaraq, bütün vilayətlər, Minskdən və Minsk şəhərindən başqa", - Yermoşina bildirib.

Qeyd edək ki, ölkə ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. 36 ölkədə yaşayan Belarus vətəndaşları isə 44 məntəqədə səs verir. İyulun 14-də Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar