Azərbaycanda zəlzələ olub

Azərbaycanda 3,1 maqnitudada zəlzələ baş verib.

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 22:43-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar