Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər bərpa olunur
Baxiş sayı:
Dərc olunub:
09/08/2020 - 23:36
Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır.Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Bildirilib ki, avqustun 10-dan etibarən Antalya, Bodrum və Dalamana Rusiyadan uçuşları bərpa edilir. Əlavə edilib ki, müntəzəm reyslərlə yanaşı bu istiqamətlərdə çarter reysləri də həyata keçiriləcək.
Sözügedən reysləri həyata keçirəcək şirkətlər arasında Türk Hava Yolları və Peqasus Hava Yolları da var.
Qeyd edək ki, martın sonundan yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Rusiya və digər ölkələr arasında aviaəlaqələr dayandırılıb.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.