"Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır" - DİN

“Bir neçə şəxsə qarşı işgəncə ilə bağlı yayılmış fotolarının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və ümumiyyətlə Azərbaycanın daxili işlər orqanlarına aidiyyatı yoxdur”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, bu fotoların Azərbaycanda çəkilməsi barədə deyilənlər tamamilə yalan və uydurmadır:

“Fotolarda görünən şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Həmin fotolar çoxdandan başqa ölkədə çəkilib. Çünki insanlar qış geyimindədirlər. Bir daha deyirəm ki, təxribat məqsədilə yayılan həmin fotoların Azərbaycanın hüquq mühafizə orqanlarına heç bir aidiyyatı yoxdur”.

Fotolarda yer alan və Azərbaycana məxsus dövlət nömrə nişanlı avtomilin qarşısında şəkil çəkdirən şəxslə bağlı isə Ehsan Zahidov bildirib ki, Azərbaycanın polis sıralarında elə bir adam tanımır.

Fotolarda Azərbaycan bayrağının da yer alması ilə sualı Ehsan Zahidov belə cavablandırıb:

“Bu da təxribat məqsədilə edilib. Azərbaycan bayrağını dünyanın istənilən yerində harasa qoyub şəkil çəkmək olar”.

Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə şəxsin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı fotolar yayılıb və fotoların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkildiyi iddia olunub.

635x100

Şərhlər

Həmid 2020-08-12 08:57:42

Bizimki deyilsə də,vaxtı ilə bizdə ondanda qəddar,alçaldıcı hallar olubdur,insan onu dərk edəndə həyata nifrət edir.

Kamil 2020-08-11 19:55:35

Kimdirsə edibsə onu o insan deyil.

Aydın 2020-08-11 19:46:31

O şəkillərə baxdım halım pisləşdi.

t.ədalət 2020-08-11 18:53:02

Ara qarışdıranların Azərbaycandakı oliqarxlar tərəıfindən maliyyələşdirilməsi aydındır.DTX daxildəki təxribastçını tapmalıdır.O təxribatçılar isə daha çox yaltaqlanan,şəxsiyyətini pula satanların arasdındadır.

Son yazılar