Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirilib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) monitorinq keçirib.

Bu barədə komitə sədri Tural Hüseynov məlumat verib.

O bildirib ki, monitorinqi komitə sədrinin müavini Elçin Şirinovla birgə keçirib: "Monitorinqi keçirməkdə məqsəd sosial şəbəkələrdə bir neçə şəxsin guya BMCMİ-də işgəncələrə məruz qalmaları ilə bağlı yayılan fotoların araşdırılması olub: "Araşdırma nəticəsində bizə məlum oldu ki, bu fotolar məqsədli şəkildə əvvəlcədən planlaşdırılmış ssenari üzrə çəkilib. Belə ki, həmin fotolardakı şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil, həmin fotolar da Azərbaycanda çəkilməyib, şəkillərdəki Azərbaycan bayrağı və polis gerbini isə məqsədli şəkildə ora qoyublar. Avtomobilin qarşısında fotosu olan şəxs isə hüquq-mühafizə orqanlarında çalışmır. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs Azərbaycan vətəndaşıdır, ancaq hüquq-mühafizə orqanlarında işləmir. O, rayonlardan birində yaşayır və tam fərqli bir sahənin adamıdır, hüquq-mühafizə orqanları ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur".

635x100

Şərhlər

Təyyar 2020-08-12 08:48:23

Hər halda biz bilirik də elə vəhşiliklər ondan da pis bizim polisdə olubdur. Tok vermək,butulkuya oturtmaq,vəhşi kimi döymək ən qəddar cəza üsullar olubdur. Bunu danmaq malalamaq qeyri mümkündür. Elə oyunlar açırlar ki kişilərin başına o çıxdıqda onu heç vaxt danışmır. İnsanlığa yaramayan üsullarla sındırırlar. Şərliyib boynuna qoyurlar. Ana bacı,uşaq arvad söyüşü də ki öz yerində. Bunları çoxları kimlər orada olubsa bilirlər. İndi ,belə vəhşiliklər dayandırıblar. ...

miri 2020-08-11 23:20:19

Sosial şəbəkələrdə yayılan məlumatlara görə şəkli olan vətəndaşın polis orqanlarında işləməyi yazılmayıb. Sadəcə polis orqanlarına kömək edir, əl dilində desək .

Son yazılar