İki məhkəmə sədri barədə intizam icraatı başlandı

“Məhkəmə Hüquq Şurası tərəfindən indiyədək 60-dan çox məhkəmədə monitorinqlər keçirilib”.

“Report” xəbər verir ki, bunu Məhkəmə Hüquq Şurasının sektor müdiri Seyfəlpaşa Əliyev deyib.

Onun sözlərinə görə aşkar olunan 150-dən çox pozuntu hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb:

“İşlərin elektron bölgüsünün həyata keçirilməsi ilə bağlı 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb. Daha ciddi pozuntularla bağlı isə iki məhkəmə sədri barədə intizam icraaatı başlanılıb”.

S.Əliyev bildirib ki, bu tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır.

635x100

Şərhlər

t.ədalət 2020-08-12 12:23:35

Hüquq pozuntusu edən hakimlər cəzalanmasa,yəni həbs edilməsə digərlərinə dərs olmayacaq.Onların rüşvətxorluğunu azaltmaq üçün yeganə yol onların üzərində DTX nəzarətini güecləndirməkdir.Ümumiyyətə,başlanılan cinayət işlərinin əvvəlində və sonunda cinayət işinin xarakteri haqqında da DTX nəzarəti lazımdır.Rüşvət ala bilməyən müstəntiqlər sonda ağırlaşdırıcı hallarla cinayət işlərini cinayətkarın əleyhinə çevirirlər.

ejder 2020-08-12 12:21:42

aye bu analoqu olmayan memurlarda haqq,edalet ,divan yoxdur

Cəmşid 2020-08-12 12:00:25

Ədalət m'hkəməsi? Azərbaycanda? Bu tərkib və yanaşma ilə bu yalnnız şüar ola bilər.Məhkəmələr xalq məhkəməsi olmalıdır,dövlət idarəçilərinin və rüşvətin məhkəməsi yox!

Son yazılar