DEPUTAT - “TƏBİB” QOVĞASI - Rüfət Quliyevi narahat edən nədir?

Ardıcıl 4 dəfə, yəni az qala 20 ilə yaxındır deputat olan Rüfət Quliyevlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı arasında gərginlik olduğu üzə çıxıb.

Hər şey ondan başlayıb ki, TƏBİB mandat sahibi R.Quliyevin məktubuna cavab verməyib. Bu isə indiyə qədər yarıtmaz fəaliyyətinə görə hər hansı qurumu tənqid etməsinə rast gəlmədiyimiz “fədakar” millət vəkilinin “çestinə” dəyib: “İyunun 12-də TƏBİB rəhbərliyinə məktub göndərmişəm. Ancaq üstündən 40 gündən də çox vaxt keçməsinə baxmayaraq, mənim məktubuma cavab verilməyib. Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdır sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”.

Ardınca araşdırmaçı jurnalist Cavanşir Həsənli R.Quliyevin övladlarının xaricdəki təhsilinə 300 min dollar xərcləməsi barədə məlumat yayıb. Depuatat isə bu məlumatın üzə çıxmasını onun tənqid etdiyi məmurlarla əlaqələndirib (Yəni TƏBİB rəhbərinin-red.), onların ötürdüyünü, yazılanların sifarişli olduğunu deyib. Fikir verin, bu deputat xaricdəki mülkləri, obyektləri, biznesi və s. bir yana, təkcə övladlarının təhsilinə yarım milyon dollara yaxın pul xərclədiyini inkar etmir və özünü heç bu pulun mənbəyi barədə nəsə deməyə borclu da bilmir! Əvəzində, kimsə həqiqəti yazanda, bunu kiminsə sifarişi adlandırır. Hansı ki, əslində R.Quliyevin biznesi, pulu, var-dövləti barədə indiyə qədər mətbuatda çox yazılar dərc edilib. Və belə qənaətə gəlmək olur ki, maddi imkanları nəzərə alındıqda, övladlarının təhsil haqqı onun üçün az qala dəryada damla kimi bir şeydir. Belə olan təqdirdə təhsil haqqı məsələsinin üzə çıxarılmasına görə belə narahatlıq keçirməsi təəccüblüdür... 

Maraqlıdır ki, R.Quliyev sözügedən məktubun mahiyyəti, mətni barədə bir şey demir. Ola bilsin ki, məktubda təmsil etdiyi dairə ilə bağlı hansısa problemi qaldırıb. Ancaq buna inanmaq o qədər də asan deyil və həmin məktubun hansısa şəxsi məsələ ilə bağlı olduğu üzə çıxsa, heç kim buna təəccüb etməz. Bu qənaətə gəlməyimiz təsadüfi deyil. Çünki Azərbaycanda bir çox deputatların nəyə, kimə xidmət etdikləri, əksəriyyətinin mandatlarından öz bizneslərini “krışalamaq” üçün yararlandıqları heç kimə sirr deyil. Eyni məsələ R.Quliyevə də aiddir. Onun Azərbaycandakı əsas siqaret monopolistlərindən biri olduğunu yazmayan, deməyən qalmayıb. Adam 4 çağırış, yəni az qala 20 ilə yaxındır deputat ola-ola, qanunları saya salmadan, rəsmən 1999-cu ildən 2017-ci ilə qədər Azərbaycanda siqaret monopoliyasını əlində saxlayan "European Tobacco-Baku” şirkətinin sahibi olub. Elə indi də qeyri-rəsmi olaraq həmin biznesdə olduğu bildirilir.

İndiyə qədər guya bitərəf sayılan bu deputatın xalqın, əhalinin hansısa problemini kəskin formada qaldırmasına rast gələn olmasa da, şəxsi biznesi, pul-para məsələsində adı tez-tez hallanıb. Şəxsi mənəvi keyfiyyətlərinə gəlincə isə, həyatını itirmiş yaxın dostunun ailəsindən sələmə verdiyi pulu artıqlaması ilə tələb etməsini xatırlamaq kifayətdir. Rəsmi sənədlərdə iqtisad elmləri üzrə professor və yüzlərlə elmi məqalənin müəllifi kimi görünən Rüfət Quliyev, Azərbaycan ictimaiyyətinin yaddaşında intellektual fəaliyyəti ilə deyil, ölmüş dostunun xanımından 40 min dollarlıq borc müqabilində 328 min dollar istəməsiylə iz buraxıb. Maraqlıdır ki, deputat zərrə qədər çəkinmədən borcunu 9 mislində tələb etməsini pulu ayda 8-10%-lik sələmə verməsiylə əsaslandırmışdı. Deputatın bu sələmçiliyi 2016-cı ildə mərhum dostu Namiq Səfərovun yoldaşı Nuranə Səfərovanın Milli Məclisin o dövrdəki sədri Oqtay Əsədova yazdığı məktubla gün işığına çıxmışdı. İndi bu mənəvi keyfiyyətlərə malik olan adam mətbuatı sifariş yerinə yetirməkdə günahlandırır və hansısa quruma yazdığı məktuba cavab ala bilməməsi onun “şəninə” bərk toxunurmuş. Daha demir ki, az-çox müstəqilliyini saxlaya bilən mətbuat nümayəndələri üçün R.Quliyevlə TƏBİB-in, yaxud hansısa iri çaplı məmurun fərqi yoxdur, çünki hamısı bir bezin qırağıdır...

Sadəcə, son seçkidə ən çox şikayət edilən və hətta Məzahir Pənahovun möcüzələr yaradan MSK-sının belə şikayətləri aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərməyə məcbur olduğu və nəhayətdə çətinliklə deputat etdiyi bu şəxsin hansısa dövlət qurumuna göndərdiyi məktuba cavab verilməməsinə cırnaması təəccüb doğurur. Guya bu, yeni xəbərdir - indiyə qədər hökumət, nazirlər, məmurlar deputatlarla hesablaşır, onları saya salırlarmış, indi isə bundan vaz keçiblər... Görəsən, bəzi deputatlar indiyə kimi heç düşünüblərmi ki, nədir onları ayrı-ayrı qurumların, təşkilatların və ən əsası da xalqın yanında urvatsız edən?...

Məsələ ondadır ki, bütün xalq kimi kimliyindən, vəzifəsindən, rüşvətxor olub-olmamasından və s. asılı olmayaraq, məmurlar da belələrinin hansı yolla seçildiyini, nə ilə məşğul olduğunu, hansı keyfiyyətlər daşıdığını, nəhayət, millət vəkili statusuna, adına nə dərəcədə layiq olduğunu yaxşı bilirlər. Və görünür, onlara münasibət də elə bu müstəvi üzərindən formalaşır...

Ümumiyyətlə, bir şey mübahisəsizdir - xalqdan, onun problemlərindən uzaq duran, parlamentin tribunasından məddahlıq aləti kimi istifadə edən, ağına-bozuna baxmadan, xüsusilə qətiyyən əhalinin sosial durumunun yaxşılaşmasına xidmət etməyən pensiya və müavinətlərlə, eləcə də cərimələrlə və s. bağlı qanun layihələrinə gözüyumulu, ikiəlli səs verən, millətin yox, nəfsinin vəkili olanların nə camaatın, nə hansısa qurumun, nə də məmurun yanında hörməti, urvatı ola bilməz...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

İ.Vəliyevə 2020-08-18 22:42:37

TƏBİB-ə də yaltaqlanan ortaya çıxdı.Maşallah.fərasətə! Bütün ölkə TƏBİB-in fırıldaqlarından danışır.sən isə köhnə adətondən ayrılmırsan.Ayıb!

Eli 2020-08-13 12:50:20

Azerbaycanda elm var ki hele bir cılızlaşsın da

İ Vəliyev 2020-08-13 10:19:44

TƏBİB-in rəhbərliyi və onun əməkdaşları cox təmiz insanlardırlar.Belələrinə qarq yaxmaq lazım deyil,onları qorumaq lazımdır!

.EJDER 2020-08-13 01:40:38

AYE SIQNAL VERIN,QUDOK VERIN ,BELKE.HA HA HA

A]ahwswyn' 2020-08-12 21:44:59

Sən Semaşkoda olmusan? Orada baxım ,dərmaç,təchizatdan xəbərin var? Bu nə tərifnamə .bu nə yaltaqlıqdır?TƏBİB-in adamı var ki, nazirliyi atıb kənara onu atıb ortaya. Burada nə qədər havayı pulVyi

Sabir 2020-08-12 17:56:46

TƏBİB Büdcə hesabına alınan test avadanlığını gecəliklə z fərdi labaratoriyasına daşıdı və milləti 150 manata test edir.O da çox zaman yanlış çıxır.Çünki tibbi səviyyə yoxdur.Niyə məsul nazirlik,orqanlar buna göz yumur?İşləməyən hali 150 manatı haradan tapsın? Dövlət orqanları kimin və nəyin xatirinə buna göz yumurlar?bu məsələni boş buraxıb?Oo

Rauf 2020-08-12 17:52:38

Biznesmen və monopolistlərin deputat siyahisinə yazılması onların toxunulmazlığını təmin etdiyində hər çağırışda müxtəlif yollarla Parlamentə soxulurlar.Hakimiyyət is buna diqqət etmir. Niyə?

Firuz 2020-08-12 17:48:06

Həqiqətən TƏBIBIN bir anlaşılmaq qurum kimi yaradılmasə haql;əiradlara səbəb olub və bu iradlar yaradıdıqdan bu günə qədər davam etməsinə diqqət verən orqan da tapılmır.Bunun nədən irəli gəldiyi ölkədəki neqativ halları təsdiqləməklə ölkədə gedən prosessləri anlaşılmaz edir.sə

Ağayev Ağahüseyn 2020-08-12 15:59:20

Rüfət oqul sənin atan ATAKİŞİ müə.yaxşı kişidir o hecvaxt hakqı nahaqqa verməyib.Mən iki ildir xəstəyəm QANKÖCÜRMƏ İNİSTİTUNDA yatıram TƏBİB-ə qədər burada BARDAQ iydi XƏSTƏLƏR pulu qurtaran kimi ölürdü indi başqa abı=havadır RÜŞVƏT YIQIŞIB. Ğəl mən sənə bunları əyəni ğöstətim.Hər ay MİLYONLARLA büccə vəsaiti oqurlanırdı.BütünDƏRMAN VƏ DİĞƏR LƏVAZİMZTLAR BİZƏ PULL satılırdı.MƏN İNANA BİLMİRƏM ATAKİŞİ MÜƏLLİMİN OQLU BELƏ OQRULARI MÜDAFİYƏ EDİR .Xaiş edirəm səlahətindən istifadə et və o dövrü yoxlatdır onda ĞÖRƏRSƏN BUNLAR BİZƏ NƏ ZÜLÜM EDİB.

omar 2020-08-12 15:48:04

Azərbaycan elmi nə qədər cılızlaşıb ki,Rüfət kimilər professor adına layiq görülüb.

Son yazılar