Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edilir

Azərbaycanın orta məktəblərində I, V, IX siniflərin həftədə üç dəfə, ara siniflərin həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlaması təklif edilir.

Bununla bağlı Təhsil Nazirliyinə yerli təhsil şöbələrindən təkliflər daxil olub.

Təkliflərdə qeyd olunur ki, X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilə bilər (Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq virus daşıyıcısı olma ehtimalları nəzərə alınır).

Eyni zamanda baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlər onlayn-məsafədən tədris ediləcək (qarışıq tədris modeli).

"Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilməli, həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilməlidir. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.

Bundan başqa, tədris planlarında dərnəklər və fakültətivlərə saat ayrılmasın, operativ və mobil tədris planları müəyyənləşdirilməli, maliyyə itkisinə yol verməmək üçün real tədris planları hazırlansın", - təklifdə qeyd edilib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb, tədris yalnız onlayn şəkildə aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar