BU GÜN AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMA SAYI AÇIQLANDI - 2 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, 2 269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 054, ötən müddət ərzində isə ümumilikdə 804 513 test aparılıb.

635x100

Şərhlər

Bəhram 2020-08-12 21:53:04

Virusu yalnız ümumxalq ailəvi-tibbi uçotla müəyyən etmək olar!

Rufet 2020-08-12 17:37:17

bu rəqəmlərə adam inanmir əvvəl 650 nəfər sagalirdi indi 202 nəfər yoluxanlar aydindi bəs sagalanlar niyə azalir Şuphəli statistikadi

Son yazılar