Süni tənəffüs cihazına qoşulanların sayı azaldı

Azərbaycanda koronavirusla bağlı 12 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Son sutkada koronavirusa görə 8054 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 804 min 513-ə çatıb. Reanimasiyada olan xəstə sayı 221, süni tənəffüs cihazında olan xəstə sayı 41 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 33 min 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 min 58 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib. Aktiv xəstə sayı 2269 nəfərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar