DTX SƏFİR ELDAR HƏSƏNOVU HƏBS ETDİ! - ŞOK (Yenilənib)

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

"AzPolitika.info" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin DTX-nın saytında yaydığı məlumata görə, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov bu gün Bakıda istintaqa cəlb olunub.

Bu sensasiyalı məlumat “AzPolitika.info”-ya E.Həsənova yaxın mənbələrdən daxil olub.

E.Həsənov Bakıda səfərdə olan Serbiya nümayəndə heyətilə birlikdə bir neçə gün əvvəl Bakıya dönüb.

E.Həsənovun istintaqa cəlb olunmasının təfərrüatları məlum deyil. Çox böyük ehtimalla, bu, XİN sistemindəki həbslərin istintaqı ilə bağlı ola bilər.

Əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Hafiz 2020-08-14 11:41:42

Bizdə kimlər cinayyətkar deyil? Onların sayı yəqin ki, o birilərdən azdır. Onların adların versəniz asan olar.

müəllim 2020-08-14 10:18:43

Əlahəzrət zaman İnşaAllah hər şeyi yerbəyer edir Allah böyükdür

Akif 2020-08-14 09:54:06

Eldar Həsənovun həbsi yalnız və yalnız siyasi sifarişdir! Eldar Həsənov zəhmətkeş və Vətənini sevən, sözün əsl mənasında şəxsiyyətdir. Onun dövlətimizin qarşısında böyük xidmətləri olub. Qarabağ uğrunda gedən döyüşlərdə Eldar Həsənov yenicə formalaşan milli ordumuzun silah və sursatla təmin olunmasına böyük töhfələr vermişdir. Onun korrupsiya ittihamı ilə həbs olunması ölduqca gülüncdür. Çünki, onun qardaşları mütəqilliyin ilk günlərindən başlayaraq sahibkarlıqla məşğuldurlar. Qeyd edim ki, Eldar Həsənov savadlı hüquqşünas alimdir, hüquq elmləri doktorudur. O hələ polis orqanlarında işləyən zaman uşaqlar arasında narkomaniyanın yayılmasının səbəblərinə dair idi.

Adil 2020-08-14 07:52:40

Adam rûshvet almadan bir qun bele yatmayib ((((

ayrım 2020-08-14 00:00:17

....Eldar Həsənov bilsəydi Bakıya dönçməzdi. Yaxşı hazırlayıblar.vaxtilə Nizami Qocayevi hec bir günahı olmadığı halda qondarma cinayət işilə həbs edənin aqibəti belə olmalı idi. Haqq öz yerini tutur Eldar...

Dövlətimizi sevən 2020-08-13 22:20:28

DTX xahiş edirik yolunuzu Şəki İH salın .....

müəllim 2020-08-13 21:50:28

Allahın səbri böyükdür

Xanim 2020-08-13 19:38:47

Bes Zakir Qaralov ne zaman tutulacaq?

Yengibar 2020-08-13 18:28:05

O qədər başlar yedi, oğlanlar məhv etdi, indi əməlləri öz başında çatladı... Hamısının burnundan gələcək...

X- persona 2020-08-13 17:19:31

почему это шок? Это обычное явление азербайджанской действительности

Josefine Mutzenbacher 2020-08-13 17:18:22

bəs Berlindəki səfirliyimizin divarları arasında çirkli pulların .... tutmuş konsulxanada əcaib .. göz yuman səfir....Ramin Həsənov nə zaman həbs ediləcək? Sırf nazir müavini Xələf Xələfov və yap-çı Əli Əhmədovla qohuumluq əlaqələrinə görə çox gənc yaşlarında yuxarıya dırmaşıb, diplomatik fəaliyyət pərdəsi altında ...ə məşğul olan bu "diplomat"la yeni nazir Bayramovun məşğul olacağına inanırıq.

Son yazılar