Rusiyadan kütləvi deportasiya - 36 min azərbaycanlı çıxarılıb - VİDEO

Şimal qonşumuz Rusiyada son vaxtlar həmyerlilərimizi narahat edən ən ciddi məsələ miqrantlar üçün ölkəyə giriş qadağasıdır. Rusiya Federal Miqrasiya Xidməti aralarında Azərbaycanlıların da olduğu bir milyon əcnəbi vətəndaşı bu qara siyahıya salıb.

“Azərbaycandan bura mal gətirmək olmur. Bu "stop" məsələsini ortalığa qoyublar. Qeydiyyatda 5-10 gün gecikirsən sonra evə gedə bilmirsən. Gedəndə də dala qayıda bilmirsən. Ona görə bir ildi burdayam evə gedə bilmirəm”, - deyə satıcı Mehriban Rüstəmova qeyd edir.

Azərbaycanlıların çoxu indi deyir ki, getməyin Azərbaycana, çünki sonra geri buraxmırlar. Deportasiya edirlər. Bizim də çörəyimiz buradan çıxır. İndi bunları qoyub getmək və sonra bu qədər işi yenidən yaratmaq çox çətindir” – deyə sahibkar Elçin Nəcəfov vurğulayıb.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Moskvada ticarətlə məşğul olan həmvətənlərimizin bu şikayətləri artıq adi hal alıb. İndi Rusiyada çox az azərbaycanlı tapılar ki, dostları və əqrabaları arasında Rusiyaya girişi gadağan edilmiş kimsə olmasın. Rusiyaya girişin qadağa edilməsi səbəblərinə gəlincə isə bu qeydiyyatsız olaraq ölkədə qalmaqdan yol hərəkəti qaydalarını pozmağa qədər müxtəlifdir.

Federal Miqrasiya Xidmətinin şöbə müdiri Nadejda Varonina deyir ki, 2014-cü ildə Federal Miqrasiya Xidməti tərəfindən 550 min nəfər xarici vətəndaşa qarşı ölkəyə giriş qadağası tətbiq edilib: “Bu qərarlardan 36 mini Azərbaycan vətəndaşlarıyla bağlıdır. Onların deportasiya səbəblərinə gəlincə isə qanunda nəzərdə tutulan miqdardan çox ölkədə qeydiyyatsız qalma və iki dəfədən çox inzibati cəzaların olmasıdır”.

“AzərRos” Cəmiyyətinin sədri Asif Məhərrəmov Rusiyaya giriş qadağasıyla bağlı problemin çox ciddi olduğunu qəbul etməklə yanaşı, bu məsələnin yaxın zamanda müsbət həllinə inanır.

Asif Məhərrəmovun sözlərinə görə, universitet tələbələri də bu məsələ ilə bağlı çətinliklərlə qarşılaşması xüsüsilə narahatçılıq doğurur: “Belə ki, yay tətilinə vətənə gedib bura qayıda bilməyən tələbələr var. Yoldaşı Azərbaycan vətəndaşı, özü isə Rusiya vətəndaşı olan bir çox ailə iki yerə parçalanmış vəziyyətdədir. Bütün bunlar Rusiya ilə Azərbaycan arasındakı bu günkü gözəl münasibətlərə heç yaraşmır. Ümid edirəm ki, bu məsələ hökumətlər arasında yaxında öz həllini tapacaq”.

İnzibati huquq pozuntularına görə, Rusiyaya girişi qadağan edilən 990 min əcnəbi üç il boyunca bu ölkəyə gələ bilməyəcək. Rəsmi rəqəmlərə görə, bu gün Rusiyada 3 milyondan çox icazəsiz miqrant yaşayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar