"AZƏRBAYCAN TƏK DEYİL, 83 MİLYONLUQ TÜRKİYƏ YANINDADIR" - Hulusi Akar

"Ermənistanın Azərbaycanın Tovuz bölgəsində həyata keçirdiyi xain hücumu bir daha qətiyyətlə pisləyirik. Azərbaycan xalqına başsağlığı, səbr, silahlı qüvvələrə güc diləyirik".

"Anadolu” agentliyi xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Dərdinizi millət olaraq dərindən hiss edirik. Çox açıq şəkildə bildirmək istərdim ki, son illərdə bütün dünyanın gözü önündə Xocalıda soyqırım törətmiş və Dağlıq Qarabağı heç bir qanuni əsaslandırma və ya legitimlik olmadan işğal etmiş Ermənistana qarşı bütün imkanlarımızla sonadək Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil. Azərbaycanın ədalətli işi və ərazi bütövlüyünə güclü dəstəyimiz, əvvəllər olduğu kimi, davam edəcəkdir. Azərbaycanın işğal altındakı ərazilərini azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq", - deyə H.Akar vurğulayıb.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla təlimlərdə iştirak edənləri təbrik edən H.Akar dahasonra bildirib:“İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət hissi duyuruq”.

“İki ayrı dövlət olsaq da eyni millətin övladlarıyıq. Bizim tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər gerçək qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığıız bizim üçün vaz keçilməzdir”, - o əlavə edib.

Türkiyəli nazir Tovuzda şəhid olan hərbçiləri rəhmət və ehtiramla yad edərək çıxışını “Hamınız sağ və salamat qalın” ifadələri ilə bitirib.

635x100

Şərhlər

t.ədalət 2020-08-13 20:14:17

Sizin ayağınıza sağlıq!

Türk 2020-08-13 20:07:17

YAŞASIN BÖYÜK TÜRKİYƏ-AZƏRBAYCAN, YAŞASIN ƏRDOĞAN,YAŞASIN HULUSİ AKAR

Xalq 2020-08-13 18:49:53

Bir ürəyin iki parasıyıq TÜRKİYƏ AZƏRBAYCAN!

müəllim 2020-08-13 18:32:23

Allah Türkiyəni qorusun

Son yazılar