Türkiyədə universitetlər oktyabrın 1-dən sonra açılacaq

Türkiyədə ali məktəblərin yeni tədris ilinə başlaması oktyabrın 1-dən sonraya nəzərdə tutulub.APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Ali Təhsil Şurasından bildirilib.

Qeyd olunub ki, yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar universitet yataqxanalarında tələbələrin sıx yerləşməməsi də nəzərə alınmaqla universitetlərin 1 oktyabrdan sonra açılması tövsiyə olunub.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdindəki Elm Qurumunun tövsiyəsi ilə dünən Təhsil naziri Ziya Səlcuk bütün orta məktəblərdə dərslərin onlayn şəkildə avqustun 31-dən fəaliyyətə başlayacağını deyib. Məktəblərin normal qaydada açılması isə sentyabrın 21-ə planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar