"Bu gün ilk cavablarını aldılar..." - Prezident Ərdoğan

"“Oruc Rəis” gəmimizə hücum etməyin, hücum etsəniz, ağır bədəlini ödəyərsiniz", dedik və bu gün ilk cavablarını aldılar".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin quruluşunun 19-cu ilinə həsr olunmuş toplantıda Şərqi Aralıqdakı vəziyyətlə bağlı açıqlamasında deyib.

Qeyd edək ki, Türkiyənin Şərqi Aralıq dənizinə “Oruc Rəis” gəmisini göndərməsi Yunanıstanın təşvişinə səbəb olmuşdu. Afina NATO-dan və Avropa Birliyinəkömək üçün yalvarmışdı. 

Bu gün Fransaya kömək adı ilə iki hərbi gəmi və iki helikopter göndərmişdi. Ancaq Ərdoğan bu cür içi boş təhdidlərin Türkiyəni yolundan döndərə bilməyəcəyini bəyan edib.  


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar