Dörd ölkə Belarusa kömək təklif edib

Polşa, Litva, Latviya və Estoniya prezidentləri Belarusda vəziyyətin tənzimlənməsi üçün vasitəçilik təklif ediblər. Bu barədə “RİA Novosti” xəbər verir.

Onların birgə müraciətində vurğulanır ki, “təcrid olunmaq - çiçəklənmə və inkişaf yolu deyil”.

“Biz Belarusda sülhün bərqərar olmasına və Belarusun müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə nail olmaq üçün vasitəçi qismində iştirakımızı təklif etməyə hazırıq”, - sənəddə deyilir.

Prezidentlər rəsmi Minskə ölkə hakimiyyəti və vətəndaş cəmiyyəti nümayəndələrini milli dəyirmi barışıq masası arxasına oturmağa çağırıblar. Dörd ölkənin prezidentləri hesab edirlər ki, saxlanılan etiraz aksiyası iştirakçılarını dərhal azad etmək və onların təqibini dayandırmaq lazımdır.

Qeyd edək ki, Belarusda artıq beşinci gündür etiraz aksiyaları davam edir. Nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Onlar səsvermənin təşkili və nəticələrindən narazıdırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar