GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstanın səfiri David Bakradzenin, Moldovanın səfiri Eugen Karasın və Ukraynanın səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.

Bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, iştirakçılar ABŞ-dakı GUAM Səfirlikləri arasında əməkdaşlığın hazırkı səviyyəsi barədə müzakirə aparmış və ümumi maraqlar əsasında gələcək birgə təşəbbüslər barədə qərara gəliblər.

Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviq edilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, sözügedən formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar